Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“Nakhichevan belongs to Armenia” bağlandı

İyulun 23-də - Ağdamın işğalının 21-ci ildönümü günündə AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu ermənilərin ən çox istifadəçisi olan “Facebook” sosial şəbəkəsində Azərbaycan Respublikasına ərazi iddialarını qondarma faktlarla əsaslandırmağa çalışan “Nakhichevan belongs to Armenia” səhifəsinin bağlanmasına nail olub.

Simsar.az-ın məlumatına görə, ermənilər həmin səhifədə Naxçıvanın guya qədim Ermənistan torpağı olduğu barədə ingilis dilində saxtalaşdırılmış məlumatlar yayırdı, bu məsələyə dair üzdəniraq erməni “tarixçilərinin” ortaya atdıqları qondarma faktları yerləşdirirdilər. Məlumatların inandırıcı olması üçün onlar səhifəyə Naxçıvan Muxtar Respublikası ilə bağlı videosüjetlər də yerləşdirir, guya qədim Azərbaycan diyarının ərazisində ermənilərin tarixi abidələrinin dağıdılması, erməni qəbirlərinin yox edilməsi barədə əsassız informasiyalar paylaşırdılar.

Bununla bağlı sosial şəbəkənin əksər azərbaycanlı istifadəçiləri “Facebook”a səhifənin bağlanması tələbi ilə çoxsaylı şikayət ünvanlasalar da bir nəticə hasil olunmamışdı.

Əvvəlki şikayətlərdən fərqli olaraq bu əsaslandırılmış müraciətə operativ reaksiya verən “Facebook” rəhbərliyi məsələni dərhal araşdırıb və “Nakhichevan belongs to Armenia” səhifəsinin bağlanmasına dair qərar qəbul edib.

Amma bu gün “Şikayətinizlə əlaqədar “Nakhichevan belongs to Armenia” səhifəsinin saxlanılması barədə əvvəllər qəbul etdiyimiz qərarı dəyişməli olduq. Müraciətiniz əsasında ermənilərin açdıqları səhifə ilə bağlı bütün məsələləri ciddi araşdırdıq və sosial şəbəkə standartlarımızın tələblərini kobud surətdə pozduğuna görə həmin səhifəni ləğv etdik. Haqlı tələbinizə görə təşəkkür edirik”.






23 İyul, 2014  17:37 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner