Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sevil Massivindən cavab: "Yayılan xəbərlər yanlışdır"

Bir neçə gündür ki, mediada Sevil Massivi ilə bağlı xəbərlər yayımlanır. Məlumatlara görə, ölkənin ən böyük inşaat sektorlarından biri bağlanır və rəhbəri də ölkə xaricinə qaçıb.

Simsar.az xəbər verir ki, Sevil Massivindən "Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, hazırda Sevil Massivində Vergilər Nazirliyi tərəfindən yoxlamalar getdiyi üçün ofisdə və massivdə işlər bir müddətlik dayandırılıb:

"Qeyd etdiyimiz yoxlama bizim xeyrimizədir, düzgünlüyümüzün və şəffavlığımızın sübutudur. Sənədlərimizin yoxlamadan keçməsi zaman alır və bu zaman ərzində heç bir əsası olmadan yazılan xəbərlər yayan saytlar öz xeyirlərinə əhalinin təşvişə düşməsindən sanki razı qalan insanlardır. Tezliklə ofisimiz fəaliyyət göstərəcək və müştərilər əvvəlki kimi ödənişlərini edə biləcəklər. Əhalinin təşvişə düşməsi üçün heç bir səbəb yoxdur. Məlumat üçün bildiririk ki, Aynur Zeynalov Respublikadadır, yazılan xəbərlər tamamilə yalnışdır. Menecer, mühasib və ya hər hansı bir işçimizin tutulması xəbərinin heç bir əsası yoxdur, ofisdə iş başlandıqdan sonra hər kəs əvvəlki kimi işinin başında olacaqdır. Və sonda əhalini bu cür narahat edən xəbərlərə qarşılıq olaraq Sevil Massivi MTK olaraq ofisimizin yaxın müddətdə fəaliyyət göstərəcəyini bir daha təsdiq edirik".






23 İyul, 2014  16:34 Baxılıb: 698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner