Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Herbert Salberi ilə görüşdü - FOTO

Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Simsar.az.ın məlumatına görə, H. Salberi Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edən Azərbaycan  prezident onun bu səfərinin regiondakı vəziyyətlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdardır, qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur.

Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altında olduğunu vurğulayan prezident İlham Əliyev qeyd edib ki, əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər.

Regiona müxtəlif vaxtlarda bir neçə dəfə səfər etdiyini vurğulayan H. Salber mövcud vəziyyətlə tanış olduğunu deyib. O, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğulayıb.






23 İyul, 2014  16:12 Baxılıb: 685 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner