Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir rektorla müqavilə imzaladı

Azad Rəhimov ADİU-nun rektoru ilə  əməkdaşlıq müqaviləsi imzalayıb

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

Simsar.az-ın məlumatına görə, müqavilədə ADİU-nun nəzdində yaradılan “İnnovativ Biznes–inkubator”un keçirdiyi tədbirlərə maliyyə və təşkilati dəstəyin göstərilməsi nəzərdə tutulub.

“İnnovativ Biznes–inkubator” layihəsi çərçivəsində tələbə “Start-up”ları üçün peşəkar təlimlərin, yeni başlayan tələbə-sahibkarlar üçün təlim kurslarının keçirilməsi, “Start-up”ların yaradılması üzrə ixtisaslaşdırılmış metodikədəbiyyatın hazırlanması və dərc edilməsi, biznes-planların və marketinq-strategiyaların işlənib hazırlanması, şəxsi biznesin aparılması və inkişafı üzrə tövsiyyələrin işlənilməsi nazirliyin vəsaiti hesabına həyata keçiriləcək.

Müqaviləyə əsasən həmçinin, biznes-inkubatorların və “Start-up”ların fəaliyyətinə dair maarifçilik materiallarının buraxılışı, ADİU-nun “İnnovativ Biznes-inkubator”unun informasiya saytının yaradılması planlaşdırılıb.

Layihə 2014-cü ilin sonuna qədər davam edəcək və onun reallaşdırılması ölkə universitetlərində müxtəlif profilli biznes-inkubatorların və tələbə “Start-up”larının yaradılmasına və inkişafına əhəmiyyətli təsir göstərəcək.

Qeyd: “İnnovativ Biznes-inkubator”u ölkədə ilk dəfə olaraq ADİU-nun nəzdində yaradılıb. “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı” çərçivəsində həyata keçirilən layihənin məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdir. Layihədə həmçinin, ADİU-nun professor-müəllim heyətinin sosial təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Onlar “İnnovativ Biznes-inkubator” layihəsi çərçivəsində innovativ biznes yönümlü metodiki vəsaitlərin yazılması, təlim və master klasların keçirilməsi, mentorluq, konsaltinq, biznes planların, keyslərin hazırlanması və bu kimi məsələlərə cəlb ediləcəklər. İnkubatorun əsas funksiyaları “Start-up” layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində kömək etməkdir.

Aysel Kərimova

 

 

 






23 İyul, 2014  11:26 Baxılıb: 622 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner