Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türkiyə və Fransa alimləri BAKIDA

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru Zeynal Əkpərov, Fransanın Aqrar Tədqiqatlar Mərkəzinin (İNRA) və Türkiyənin İnönü Universitetinin alimləri ilə görüşüb. Məqsəd çəyirdəkli meyvə bitkilərinin genetik ehtiyatlarının öyrənilməsi, xəstəliklərə davamlı genotiplərin aşkar edilməsi, ekspedisiya və təlim kurslarının keçirilməsidir.

Simsar.az xəbər verir ki, görüş zamanı üç qurum arasında biotexnologiya və genomika sahələri üzrə yeni əməkdaşlığın qurulması və gələcəkdə digər beynəlxalq layihələrdə birgə iştirak müzakirə olunub. Fransalı alim Sylvie Dallot, institutda keçirilən, bitkilərdə yayılan “Şarka xəstəliyinin epidemiyası və virusların genetik müxtəlifliyi” mövzulu seminarda çıxış edib.

Avropa Komissiyasının Mariya Küri Tədqiqatçı Mübadiləsi Proqramının “Avropa, Mərkəzi Asiya və Qafqazda çəyirdəkli meyvə bitkilərinin genetik müxtəlifliyi” layihəsi çərçivəsində Azərbaycana səfər gəlmiş qonaqlar, avqustun 15-nə qədər GEİ-nun alimləri ilə birgə tədqiqat işi aparacaq və institutun seminarında çıxış edəcəklər.







23 İyul, 2014  09:34 Baxılıb: 647 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner