Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Günah öləndədir?

BMT-nin son açıqlamasından belə başa düşmək olar ki, Qəzza hadisələrinə  “Günah öləndədir” prinsipi ilə yanaşılır.

Birləşmiş Millətlər Təşkilatı baş katibi Pan Gi Mun, Həması qınayıb və heç bir ölkənin torpaqlarına raket atmasını qəbul etməyəcəyini dilə gətirib.

Təl-Əvivdə Benyanimin Netanyahu ilə görüşdən sonra mətbuat konfransı keçirən baş katib, Həmasa məktəbləri, xəstəxanaları və digər binaları hərbi məqsədlərlə istifadə etməməyə çağırıb.

Pan Gi Mun bununla yanaşı, iki tərəfi də döyüşləri dayandırıb, müzakirələrə başlamağa çağırıb.

Netanyahu isə beynəlxalq ictimaiyyətin atəşkəs cəhdlərinin nəticəsiz qalmasında Həmasın məsuliyyət daşıdığını bildirib: “Həmas Əl-Qaidə kimi, onlara uyğun davranış görməlidir”.

Diplomatik səfərbərlik

Bu arada, döyüşlər davam edərkən, atəşkəs üçün diplomatik cəhdlər sürətlənməyə başlayıb. Con Kerri Misir xarici işlər naziri ilə görüşündən sonra, Qəzzada atəşkəsə nail olsaq, bu atəşkəs Misirin təklifləri əsasında hazırlanacaq deyib: “Hər iki tərəfdə də çox qan tökülür, Qəzzada insani kriz hər gün daha pisləşir. Bir an öncə atəşkəs olmalıdır. Diplomatik cəhdlər sadəcə müharibəni durdurmağa yox, həm də bu krizin səbəblərini ortadan qaldırmağa gərəkli olmalıdır”.

Ölənlər artır

Qəzzada 8 iyuldan bəri ölənlərin sayı 600-ü  keçib. Ölənlərin çoxu qadınlar və uşaqlardır. Yaralıların sayı isə 3640 olub.

Ölən İsraillilər isə 29 nəfərdir ki, bunladan da 27-i sgərdir.

İsrailin hücumları nəticəsində, 5 məscid, bir futbol meydançası və başqa bu kimi 70 yer dağıdılıb.

Bu gün isə 5-i eyni ailədən, daha 7 nəfər öldürülüb, bunlardan 4-ü qadındır.

BMT, Qəzzanın əhalisinin sıx olduğunu və qaçmağa yerlərinin olmadığını açıqlayıb.

Dünya Səhiyə Təşkilatı, hücmlarda 18 xəstəxana və klinikanın zərər grdüyünü bildirib.

Digər yandan İsrail bir əsgərininin itkin olduğunu qəbul edib.

Vüsal Qarayev







23 İyul, 2014  09:23 Baxılıb: 658 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner