Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayevaya “Mətbuatın dostu” MÜKAFATI verildi

Millət vəkili Qənirə Paşayeva ölkənin siyasi-ictimai həyatında oynadığı rola, öz fəaliyyətində daim mətbuata dəstəyinə  görə 3-cü Sektor İctimai Birliyi tərəfindən "Mətbuatın Dostu" mükafatına layiq görülüb. Milli Mətbuat günündə keçirilən tədbir zamanı mükafat üçün təşkilatçılara təşəkkür edən millət vəkili Qənirə Paşayeva inşallah bu mükafatlara, bu etimada layiq olmaq üçün daha da çox çalışmalı olduğumu bilirəm və inşallah Allah bunu bizə nəsib edər deyib. Bütün həmkarlarımı Milli Mətbuat Günümüz münasibəti ilə təbrik edən millət vəkili Qənirə Paşayeva çıxışında deyib:" Bu şərəfli peşənin adını uca tutan,onu nüfuzdan salmayan,cəmiyyətdə jurnalstikaya etimadı zədələməyən, daima jurnalistikanın prinsiplərinə sadiq olaraq bu adı ucalara qaldıran bütün jurnalstləri, mətbuat işçilərini Milli Mətbuat günümüz münasibəti ilə təbrik edirəm. 22 iyul 1875 ildə "Əkinci" qəzeti ilə bu qüruru bizə yaşadan böyük Həsən bəy Zərdabi və mətbuatımızın inkişafı üçün ömrünü fəda etmiş bütün böyük aydınları isə rəhmətlə yad edir və qarşılarında baş əyirik. " Ölkədə jurnalistikanın inkişafı istiqamətində həyata keçirilən işlərdən,cənab Prezident İlham Əliyevin daim bu sahəyə diqqətinə barədə də danışan millət vəkili Qənirə Paşayeva bütün bu işlərin sevindirici olduğunu deyib:" Əziz həmkarlarım, sizin hamınıza can sağlığı, mutluluq və şərəfli peşənizdə bol uğurlar diləyirəm! Bayramımız mübarək olsun! Mən sizə özümün ən böyük arzuma çatmanızı diləyirəm. Bilirəm ki, bütün jurnalistlərin ən böyük arzularındandır ki, inşallah Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunmasını ilk yazan, ilk xəbər verən jurnalistlərdən biri olsun. Gələn Milli Mətbuat bayramımıza kimi bu gün Laçını azad etdik, Şuşa artıq tamam azad edilir, bayrağımız Xocalıya asıldı, köçkünlərimiz Xankəndinə qayıtmağa başladı kimi başlıqla xəbərlər yaza bilməyi mən sizə və özümə hamımıza arzu edirəm. Arzu edirəm ki, Milli Mətbuatımızın 140 illiyini Şuşada, Cıdır Düzündə də qeyd edək və canlı yayımla bu cür tədbirləri bütün xalqımıza göstərə bilək. İnanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında bir dövlət və millət kimi bunu edəcəyik və bu cür gözəl tədbirləri o gözəl torpaqlarımızda da qeyd edəcəyik. Sizə həm də qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edir və bütün dualarınıza çatmanızı diləyirəm".







23 İyul, 2014  09:10 Baxılıb: 649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner