Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

FHN-dən açıqlama: "Yanğınların qarşısı alınıb"

Fövqəladə Hallar Nazirliyi (FHN) Lerik və Lənkəran rayonları ərazisində baş verən yanğınlarla bağlı məlumat yayıb.

Simsar.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq ərazidə, meşə zolağında 30 ha sahədə yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali də iştirak edir.

Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

Lənkəran rayonu Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) ərazisində dağlıq meşə zolağında isə 5 ha sahədə yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.






23 İyul, 2014  08:57 Baxılıb: 604 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner