Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Qəzzada əməliyyat: Daha 100 uşaq öldü

İsrailin Qəzza əməliyyatı davam edir. Bu əməliyyatın qurbanı olan bir ailənin çox tragedik hekayəsi ortaya çıxıb. Oksford universitetində oxuduqan sonra evinə qayıdan Həsənin hamilə arvadı öldürülüb. Dünən də daha bir hamilə qadın qətlə yetirilib.

Ölənlər 614 oldu

İsrailin Qəzzaya qurudan hücumu nəticəsində ölənlərin sayı 614-ə çatıb. Qəzzadakı Səhiyyə Nazirliyi ölənlərdən 100-nün uşaq olduğunu açıqlayıb.

Ailəsi yox oldu

Dünən Beyt Hanunda bir evə düşən raket hamilə bir qadının ölümünə səbəb olub. Bazar günü isə 24 saat ərzində yox olan Hallak ailəsinin də faciəvi hekayəsi ortaya çıxıb. Keçən il Oksfordda oxuyan bank işçisi Həsən Hallakın evini dağıdan raket, onun hamilə arvadını, 2 oğlunu və qardaşını öldürüb. Sosial mediada Hallak ailəsinin şəkilləri paylaşılıb və oxuduğu Oksford universitetində Hallak ailəsinə dəstək üçün nümayiş keçrilib.

Yardım koridoru

BMT Qaçqınlara Yardım Təşkilatı Qəzzada BMT-yə bağlı 70 məktəbin hamsının sığnacaq edildiyini açıqlayıb. Qəzza əhalisinin yüzdə 6-nı təşkil edən 100 min nəfərin evlərini tərk etdiyi açıqlanıb. O da bildirilib ki, Dubayda Qəzzaya “havadan insani yardım koridoru” açılacaq. Dünən də İordaniyaya enən bir yardım təyyarəsi, Qəzzaya gətrilməsi üçün, 45 min döşək, 10 min yorğan və 220 şəxsi təmizlik ləvazimatları daşıyıb. ABŞ Xarici İşlər Naziri Con Kerri isə Qəzzaya 47 milyon dollar təcili yardım ediləcəyini açıqlayıb.

“Əl-Cəzirə”nin yayımına qadağa

Digər yandan İsrail Xarici İşlər Naziri Aviqdor Liebrman facebook səhifəsində “Qətər qlobal bir problemdir. Radikal terorist qrupları maliyyələşdirən Qətər, Həması da maliyyələşdirir. Həması təbliğ edən Əl-Cəzirə telekanalınının İsraildə yayımını qadağan etməyə çalışırıq” - deyə yazıb.

Vüsal Qarayev







23 İyul, 2014  08:55 Baxılıb: 757 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner