Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Erməni mer Kəlbəcərdə minaya düşdü: 1 ölü, 3 yaralı

Bir neçə gün öncə xəbər vermişdik ki, Seyran Ohanyan Azərbaycan “diversantlarının” hərəkətini məhdudlaşdırmaq üçün Kəlbəcərdə bütün yolları minalayacaq. Deyilənlər baş verdi. Lakin düşmən öz qazdığı quyuya özü düşdü.

Bu gün Ermənistan Ordusunun işğalı altında olan Azərbaycanın Kəlbəcər rayonu ərazisində mina partlayışı baş verib.

APA-nın erməni mediasına istinadən verdiyi məlumata görə, Ermənistanın Armavir şəhərinin merinin «Villis» markalı maşını bu gün Kəlbəcər rayonunun şimalında minaya düşüb.

İlkin məlumatlara görə, mina partlayışı nəticəsində avtomobilin sürücüsü ölüb. Müxtəlif qəlpə yaraları almış Armavirin meri Ruben Xlqatyan və daha iki nəfər isə helikopterlə İrəvana aparılıb.

Qeyd edək ki, ötən həftə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan hökumətinin iclasında Kəlbəcərdə Azərbaycan «diversantlarının» hərəkətini məhdudlaşdırmaq üçün bütün yolların minalanması istiqamətində işlər apardıqlarını açıqlamışdı.

“Dağlıq Qarabağ ordusu hazırda Kəlbəcərə aparan bütün mümkün yolların müəyyənləşdirilməsi və həmin yolların minalanması üçün tədbirlər görür”, - deyə Ohanyan bildirib.






22 İyul, 2014  12:57 Baxılıb: 709 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner