Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Obama da istəmir

“Condan düşmənliyin aradan qaldırılması üçün hər şeyi etməyi tələb etmişəm”.

ABŞ Prezidenti Barak Obama Qəzzadakı vəziyyətdən narahtdır. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, Barak Obama Ağ Evdə verdiyi açəqlamada ABŞ xarici işlər naziri Con Kerrinin atəşkəslə bağlı Orta Şərqə getməsindən bəhs edib. “Dəfələrlə söylədiyim kimi İsrailin Həmasa qarşı özünümüdafiə haqqı var. Və İsrail əməliyyatlar nəticəsində onsuz da Həmasın Qəzzadakı terrorçu fəaliyyətini zəiflətməyi bacarıb”.

Fələstinli əhalinin öldürülməsi və bu sayın artmasından eyni zamanda İsrail qüvvələrinin itkilərindən narahatlığını ifadə edən Obama bildirib ki, atəşkəs labüddür. “Bizim və beynəlxalq təşkilatların hazırda əsas diqqəti istər İsrail, istərsə də Qəzzada əhalinin əmin-amanlığı üçün atəşkəsə nail olmaqdır. Bu baxımdan Kerri müttəfiqlərlə danışacaq. Ona İsrail və Həmas arasında 2012-ci ilin noyabrındakı atəşkəsi təmin etməyi əsas götürən “düşmənliklərin sona çatdırılması” razılaşmasına tezliklə əməl edilməsi ilə bağlı təlimat vermişəm”.

Obama bunun heç də asan iş olmayacağını vurğulayıb. “Bu da dəqiqdir ki, burada hədsiz ölçüdə ehtiraslar və çox çətin strateji məsələlər mövcuddur. Yenə də Condan düşmənliyin aradan qaldırılması üçün hər şeyi etməyi tələb etmişəm. Artıq dinc əhalin ölümlərini görmək istəmirik”

 

Ülviyyə Cövdətqızı







22 İyul, 2014  11:19 Baxılıb: 552 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner