Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Erməni müxalifətçi hələ də meydanda aclıq edir

Aclıq aksiyasının iki həftəsi tamam olur

Simsar.az  BBC-yə istinadən bildirir ki, müxalifətçi millət vəkilinə Ermənistanda ABŞ-ın fövqaladə və səlahiyyətli səfiri Mari Yovanoviç baş çəkib.

Raffi Hovhannisyanın sözlərinə görə, ABŞ səfiri onun səhhətilə maraqlanıb, insan haqları və Ermənistanda daxili vəziyyətə aid məsələlər ətrafında söhbət ediblər.

İki ildən bəri, əvvəlcə təmir-bərpaetmə işləri, daha sonra müxtəlif əyləncəli və idman tədbirləri keçirildiyi bəhanəsi ilə, müxalifət nümayəndələri, 80-ci illərin sonundan “Azadlıq” meydanı adlandırılan
Yerevan Opera və Balet Teatrı qarşısındakı meydana yaxın da buraxmırdılar.

Raffi Hovhannisyan bu iki il ərzində Azadlıq meydanında aksiya keçirən ilk müxalifət nümayəndəsi oldu.

Ter-Petrosyan maraqlanmır

Yalnız Erməni Milli Konqresin rəhbəri, sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyan aclıq edən “Jaranqutyun” Partiyasının lideri ilə görüşməyib.

Hətta iki ildən sonra ilk dəfə Ter-Petrosyanın başçılıq etdiyi izdiham Azadlıq meydanına buraxıldığı zaman o, Raffi Hovhannisyana yaxınlaşmayıb.

Daha sonra Ter-Petrosyan bunu onunla izah edib ki, Raffinin öz aclıq aksiyasını “azadlıq naminə pəhriz” adlandırması onun (Ter-Petrosyanın) xristianlıq prinsiplərinə ziddir.

“Xristianlıq mənim üçün, din olduğundan daha çox mənəvi kodeksdir. Bu kodeks isə xristian səxavətlərinin, o cümlədən pəhrizin nümayişə çevrilməsini qəti surətdə inkar edir”, - deyib Levon Ter-Petrosyan.

İki həftə davam edən aclıq etiraz aksiyanız nə nəticə verib?
Hovhannisyanın sözlərinə görə, bu iki həftə göstərdi ki, ölkə rəhbərliyi “dəyişiklərin labüdlüyünü hələ dərk etmir”.

“İqtidar səhvlərini yaxşı anlayır. Bilirlər ki, yeni seçkilərdən tutmuş iqtisadi-sosial siyasətin dəyişdirilməsinədək, mühacirətin qarşısını almaq, siyasi məhbusların azad edilməsi, ümumiyyətlə, Ermənistanı hüquqi dövlətə çevirmək üçün neyləmək lazımdır. Bu məsələnin bir gündə, ya bir həftədə həll olunacağına dair xəyallara dalmıram, lakin mən gözləyirdim ki, bizim iqtidar bu faciəli vəziyyətdən çıxmaq üçün qətiyyətli addımlar atmağın zəruriliyini dərk etməyə hələ ki son məsuliyyət və borc ehtiyatı olduğunu anlayar”, - deyib Raffi Hovhannisyan.

Hovhannisyan nə istəyir?

İqtidar qarşısına qoyduğu problemləri qısa müddətdə həll etmək mümkün olmadığını Raffi Hovhannisyan anlayır. Bəs, iqtidar nə kimi addımlar atmalıdır ki, o, aclıq aksiyasını qurtarsın?

Hovhannisyan deyir ki, “bir tələb kimi deyil, misal üçün, yeni seçkilər və yaxud başqa məzmunlu təkliflər haqqında konkret ismarıc alsa, əlbəttə, yerindəcə aclığa son qoymaq məsələsini nəzərdən keçirərəm. Lakin Ermənistan prezidentinin buna bənzər nə isə deyəcəyi olsaydı, bu iki həftə ərzində mənə çatdırardı”.

“Jaranqutyun” Partiyasının təsisçisi prezident Sarkisyanın müsbət keyfiyyətləri olduğunu, lakin “xarici siyasətdə çoxlu əhəmiyyətli siyasi səhvlərə” yol verdiyini bildirib.

"Koalisiya qüvvələrin seçkilərdə birlikdə iştirak etməsi haqqında memorandum imzalatmaqla isə Sarkisyan hakimiyyətin partiyalılaşdırılması təhlükəsini yaradıb”, - Raffi Hohannisyan deyib.

“Jaranqutyun” Partiyasının təsisçisi, millət vəkili Raffi Hovhannisyanın aclıq etiraz akiyasına münasibət birmənalı deyil.

Bəziləri aksiyanın hakimiyyətə təsir etməyəcəyini və heç bir əhəmiyyəti olmayacağını bildirir. Digərləri cəsarətli addım hesab edir və alqışlayırlar.

Kimisə də, gələn il gözlənilən parlament seçkiləri ərəfəsində bu aksiyanın iqtidara sərf etdiyini bildirir. Çünki artıq müxalifətin parçalanması duyulur.

Sosiloq Aharon Adıbekyan hesab edir ki, “Jaranqutyun” Partiyası “epatajla - qeyri adi hərəkətlərlə - diqqəti özünə cəlb etməyə məcburdur”. Çünki bu partiyanın istər parlamentdə, istərsə də parlamentdən kənarda problemləri var.

Aharon Adıbekyanın sözlərinə görə, meydan demokratiyasının tribunasını Erməni Milli Konqresi özəlləşdirib, parlament kürsüsündən isə müxalif qüvvələr arasında daha səmərəli Daşnaksutyun istifadə edir.






30 Mart, 2011  03:31 Baxılıb: 1379 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner