Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacı Şahin Həsənlidən Mubariz Qurbanlının təyinatına REAKSİYA

“Din – dövlət münasibətləri daha müsbət məcrada inkişaf edə bilər”

“Ümid edirəm  ki, Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə din-dövlət münasibətlərinin inkişafına müsbət töhfə verəcək uğurlu bir addım olacaq”.  Bu sözləri Simsar.az-a açıqlamasında “Məşədi Dadaş” məscidinin imam camaatı, “Mənəvi dünya” ictimai birliyinin sədri, ilahiyyatçı Hacı Şahin Həsənli YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsinə münasibət bildirərkən deyib.

Şahin Həsənli qeyd edib ki, YAP icra katibinin müavini tarixçidir, humanitar sahə üzrə mütəxəssisdir və bu da ona vəzifəsinin öhdəsindən gəlməkdə yardımçı olacaq. “Mübariz Qurbanlı cəmiyyətdə kifayət qədər tanınmış şəxsdir, ictimai-siyasi proseslərdən xəbərdar olan bir insandır. Bundan sonra Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsi din – dövlət münasibətlərinin müsbət məcrada inkişaf etməsinə xidmət etmiş olar”.

Ş.Həsənli vurğulayıb ki Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dinlə bağlı dövlət siyasətini həyata keçirir, eyni zamanda dini qurunmlarla dövlət arasında bir körpü rolunu oynayır.

Qeyd edək ki, Prezident İlham Əliyev YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Aysel Kərimova

 






21 İyul, 2014  18:24 Baxılıb: 1575 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner