Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Əliyevlə Əvəz Temirxanın gözü yolda qalıb

AXCP ilə Müsavat isə cavab vermir 

Azərbaycan Liberal Partiyası (ALP) ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) müxalifət qüvvələrinə ünvanladıqları birgə müraciətə iki partiya hələ də cavab verməyib.  

Müraciət edən tərəflərin yaydıqları birgə açıqlamada bildirilir ki, onlar Müsavat Partiyasının başqanı İsa Qəmbərə və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə yazılı müraciət göndəriblər.

Müraciətdə Müsavat başqanı və AXCP sədrinin martın 27-nə kimi ALP və VİP sədrlərinin təklifinə rəsmi münasibət bildirilmələri istənilib. Göstərilən müddətin başa çatmasına baxmayaraq, İ.Qəmbər və Ə.Kərimli onlara ünvanlanmış təklifə nə yazılı, nə də şifahi formada hər hansı münasibət ifadə etməyiblər. VİP və ALP Müsavat Partiyası ilə AXCP-nin bu yanaşmasından təəssüflənir və onların belə mövqe sərgiləmələrini müxalifət qüvvələrinin bir araya gəlməsində maraqlı olmadıqlarının göstəricisi kimi qiymətləndirir.

RAMİL






29 Mart, 2011  22:44 Baxılıb: 1244 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner