Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Axır ki, Mübariz Qurbanlıya vəzifə verildi” – AKİF NAĞI

Bunu Simsar.az-a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsinə münasibət bildirərkən deyib.

QAT sədri bildirib ki,  bu sahəyə təyin edilən şəxs ən azından dini bilməlidir. Müəyyən qədər dini təhsili olmalıdır: “O vaxtı Hidayət Oruclunu qoydular. Onun da bu sahə ilə bağlı savadı yox idi. Sonra onun yerinə Elşad İsgəndərovu təyin etdilər. Onun dini təhsili var idi, amma bu sahənin adamı deyildi. Nə bilim, vallah! Mənim üçün qəribədir. Ümumiyyətlə başqa bir adam olmalıdır ki, onun dindən xəbəri olsun. Həmin şəxsin tək İslam dinindən deyil, eyni zamanda xristianlıqdan, yəhudilikdən və başqa təriqətlərdən xəbəri olamlıdır. Bu gün Azərbaycanda din məsələsi olduqca həssas məsələdir. Həmçinin dünyada da əsas müzakirə mövzusu məhz dini məsələlərdir”.

Mübariz Qurbanlının ixtisasca tarixçi olduğunu deyən təşkilat sədri söyləyib ki, o vaxtı belə bir ənənə var idi ki, tarix fakültəsini bitirənləri hansı vəvəzifəyə istəsələr qoyurdular. Daha çox raykom katibi təyin edirdilər. Ümumiyyətlə tarix sahəsi universal sahə hesab edilirdi: “Bəlkə də bu nöqteyi nəzərdən fikirləşib onu bu vəzifəyə qoyublar. Hesab edirəm başqa uğurlu namizəd seçmək daha yaxşı olardı”.

Hüseyn İbadlı







21 İyul, 2014  15:39 Baxılıb: 878 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner