Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mətbuat Şurasının "qara siyahı"sı yeniləndi

Şuradan Simsar.az-a verilən xəbərə görə, MŞ sədri Əflatun Amaşovun sədrliyi ilə keçirilən iclasda İH üzvləri müzakirələrdən sonra 4 məsələnin gündəliyə daxil edilməsi barədə razılığa gəliblər.

Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu məsələsinə baxılıb. “Yeni həyat”, “İrəvanın səsi”, “KATV1” qəzetlərinin, “Azərbaycan”, “Azərbaycan məktəbi”, “Günəş” jurnallarının, “AJB.az”, “Strategiya.az” saytlarının və “Yazıçı” nəşriyyatının MŞ sıralarına qəbul olunması barədə qərar qəbul olunub.

Sonra Şikayətlər üzrə Komissiya və “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarlar qəbul edilib. “Kafkaznews” və “Azad Azərbaycan Respublikası” qəzetlərinin adlarının Mətbuat Şurasının “qara siyahı”sına salınması məqsədəuyğun sayılıb. “Demokratiya.info” saytına və “Poliqon” İnformasiya Agentliyinə (pia.az) ciddi xəbərdarlıq olunub. Daha 3 KİV barədə də ölçü götürülüb. Belə ki, “Azadlıq” və “IV hakimiyyətin səsi” qəzetlərinə, həmçinin Jurnalist Araşdırma Mərkəzinə (jam.az) MŞ-nin xəbərdarlığı elan olunub.

İclasın sonunda Mətbuat Şurasının Ali Media Mükafatının 2014-cü il üçün laureatlarının adları müəyyənləşdirilib. Mükafatlar iyulun 22-də Bakının “Altun Saray” restoranında keçiriləcək mərasimdə təqdim ediləcək.






21 İyul, 2014  15:17 Baxılıb: 662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner