Simsar.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 55 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölüb, 18 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 22 nəfər tutulub.
Vüsal Qarayev