Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Sumqayıt teatrı yubileyə hazırlaşır

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi teatrın tarixində ilk dəfə olaraq mətbuat konfransı keçirib. Konfransda bu ilin mart ayında Sumqayıt teatrına direktor təyin olunan İslam Həsənov ötən mövsüm Fətəli Axundzadənin  “Molla İbrahimxəlil Kimyagər”, Əziz Nesinin “Öldür məni can-ciyər”, Jan Anuyun  “Antiqona” əsərlərinə hazırlanan tamaşalardan söz açıb, teatrın səfərləri haqda jurnalistlərə məlumat verib. O söyləyib ki, Sumqayıt teatrı iyulun 6-11-i tarixində Gürcüstanın Kutaisi şəhərində sözügedən şəhərin merinin dəvəti ilə qastrol səfərində olub. Səfərdə Con Patrikin “Qocanı öldürməliyik” tamaşası göstərilib. Gürcü tamaşaçılarının və sənət adamlarının baxdığı bu tamaşa çox yüksək dəyərləndirilib. Teatr mövsümünün bağlanışı da məhz bu tamaşa ilə baş tutub.

İ.Həsənov Sumqayıt teatrının yeni mövsümə planlaşdırdığı tamaşalardan da danışaraq vurğulayıb ki, onların rejissorlarının bir qismi əcnəbilər olacaq. Direktor qeyd edib ki, yeni mövsümdə Qoqolun “Çiçəkovun səyahəti” (Ukraynadan dəvət olunacaq rejissor Arkadiy Netolyukun quruluşunda), Qurban Səidin  “Əli və Nino” (Gürcüstandan  dəvət olunacaq rejissor Zurab Pxokadzenin quruluşunda) V.Şekspir  “Otello” (Bolqarıstandan dəvət olunacaq rejissor Xristo Stoyçevin quruluşunda), Alber Kamyunun “Kaliqula” (quruluşçu rejissoru Respublikanın əməkdar artisti Firudin Məhərrəmov), H.Mirələmov  “Vicdanın hökmü” (quruluşçu rejissoru Namis Şirməmmədov), Harold Pinter  “Sevgili” (quruluşçu rejissoru Vasif Məmmədov) əsərlərinə hazırlanan tamşalar nəzərdə tutulub.

Simsar.az xəbər verir ki, teatr həmçinin sentyabr ayında özünün 45 illik yubileyini təntənəli şəkildə keçirməyi planlaşdırır.

Teatra yeni təyinatdan sonra tetarda uzun müddət oynanılmayan tamaşa bərpa olunub, eləcə də həftədə 4 dəfə olaraq axşam tamaşalarının oynanılması təşkil edilib. Bu da istər istəməz Sumqayıt tamaşaçılarının teatra axınını müəyyən qədər bərpa edib.

Sonda direktor məlumat verib ki, Sumqayıt teatrının ABŞ, Hindistan, Bolqarıstan və Türkiyə kimi bir çox xarici ölkələrə festival və qastrolları gözlənilir.

Simsar.az







21 İyul, 2014  12:50 Baxılıb: 980 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner