Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Metyu Brayzanın aeroport mövzusunda müzakirə təklifi

“Biz hesab edirik ki, mülki təyyarələrin vurulması təhlükəsi olmamalıdır”

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycan və Ermənistanı mülki aviasiya məsələləri və Xankəndində aeroportun açılışı məsələlərində diskussiyalara çağırıb. APA-nın məlumatına görə, Metyu Brayza Azərbaycanın işğal altında olan ərazilərində aeroportun açılmasına münasibətini belə şərh edib: “Mənim hökumətimin aeroportun açılışı ilə bağlı mövqeyi ondan ibarətdir ki, biz tərəfləri mülki aviasiyanın bu məsələlərini müzakirə etməyə çağırırıq. Biz hesab edirik ki, mülki təyyarələrin vurulması təhlükəsi olmamalıdır. ABŞ güc tətbiqini, o cümlədən qoşunların təmas xəttində silahlı insidentləri qınayır”. 

Səfir həmçinin ümidvar olduğunu bildirib ki, tərəflər arasında qeyd olunan diskussiyalar aparılacaq və mülki aviasiyanın bütün aspektləri öz həllini tapacaq.

Xatırladaq ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Ermənistan mayda Xankəndində aeroport açmağı, ölkənin şəhərləri ilə Azərbaycanın işğal altında olan əraziləri arasında mütəmadi hava əlaqəsi yaratmağı planlaşdırır.






29 Mart, 2011  22:11 Baxılıb: 1302 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner