Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

KİV nümayəndələri tennis turnirində - FOTOLENT

Milli  Mətbuat  Gününə  həsr  olunmuş  stolüstü  tennis  üzrə  turnir  keçirilib.

Simsar.az xəbər verir ki, 22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar ölkəmizdə müxtəlif tədbirlər təşkil olunur. Bu məqsədlə iyulun 19-da Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının dəstəyi, Gənclər və İdman Nazirliyinin  və “Sportsman” jurnalının təşkilatçılığı ilə “Royal” otelində  KİV nümayəndələri  arasında  Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis üzrə turniri keçirilib.

Əvvəlcə turnirin açılış mərasimi keçirilib. Açılışda çıxış edən Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, bütün bunların isə idmana olan marağın daha da artmasına səbəb olduğunu vurğulayıb.

Turnirdə  30-dan çox mətbuat nümayəndəsi iştirak etmişdir. Şəxsi xarakter daşıyan yarış Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına əsasən keçirilib.

Yüksək fəallıq və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə kişilər arasında “Ömür yolu” qəzetinin xüsusi müxbiri Bəhruz Səmədov 1-ci yerə layiq görülüb. “Sportsman” jurnalının baş redaktoru Rəşad Cavadov 2-ci yeri, “Sportnet.az” saytının redaktoru Ceyhun Əliyev isə 3-cü yeri tutub.

Qadınlar arasında keçirilmiş yarışda isə “Sehirli Dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova qalib olub. “Turan” Teletatrının aktrisası Almas Hüseynova 2-ci, Türkiyə Kadıköy Sənətçilər Koordinatoru, şairə  Aidə Zeynalova 3-cü yerə layiq görülüblər.

Turnirin qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyasının və “Sportsman” jurnalının diplom və mükafatları ilə təltif olunublar.

Hüseyn İbadlı



















21 İyul, 2014  11:16 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner