Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

BMT dilə gəldi: “Bu vəhşiliyi qınayırıq”

BMT baş katibi Pan Gi Mun İsrailin Qəzzaya hücumunu qınayıb: “Bu vəhşiliyi qınayıram. İsrail hucumlarına sərhəd qoymalıdır. Mülki vətəndaşları qorumaq üçün daha çox şey etməlidir”.

BMT sülh danışıqlarına başlayıb

Birləşmiş Millətlət Təşkilatının Baş katibi Pan Gi Mun İsrail hücumları ilə bağlı görüşlər keçirmək üçün Dohaya gəlib. Baş katib orda Qətər xarici işlər naziri, Xalid əl-Atiyyə ilə birlikdə mətbuat konfransı keçirib.

Pan Gi Mun: “Qəzzada günahsızlar öldürülür”

Bura ağır yüklə gəldiyini ifadə edən Pan Gi Mun, bölgədə günahsız insanların öldürüldüyü, qadın və uşaqların qorxunc hücumların qurbanına çevrildiyi və çətin bir sınaqdan keçdiyini, həssas bir zamanda olduğunu dilə gətirib.

Qəzza açıq yaradır

Onlarla qadın və uşağın Şucaiyyədə İsrail hücumlarında öldürüldüyünü xatırladan Pan Gi Mun bunu qınadığını deyib: “Bu vəhşiliyi qınayıram. İsrail özünə sərhəd qymalıdır. Mülkilərin qorunması üçün çox şey etməlidir. Bütün tərəflərin beynəlxalq insan haqlarına hörmət göstərməsini tələb edirəm. Şiddət durmalıdır”.

Pan Gi Mun birlik və sülh üçün bölgədə olduğunu dilə gətirib: “Qəzza açıq yaradır. Bu qanı təcili durdurmalıyıq”.

Qətər İsraili qınayır

Qətər xairici işlər naziri Halid əl-Atiyyə isə beynəlxalq hüququ saymayan İsrail hücumlarının qarşısının alınması üçün çalışdıqlarını bildirib: “Qətər dövləti olaraq xüsusi bir müdaxilə etmirik. Biz Fələstin xalqının tələblərin çatdrırıq. Lakin bu tələblərlə kimsə maraqlanmır”. Nazir İsrailin Fələstinə etdiklərini qınadığını bidirib.

Həmas danışıqlarda

Qeyd edək ki, Həmas Siyasi Bürosonun rəhbəri də İsrailin Qəzzaya hücumlarını dayandırması üçün, bu gün  Qətərdən Jüveytə gedib.

Vüsal Qarayev






21 İyul, 2014  10:26 Baxılıb: 783 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner