Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Malaziya təyyarəsinin meyitləri sahibsiz qaldı

Ukraynada vurulan sərnişin təyarəsindəki meyitlər qatarla məlum olmayan yerə daşınmağa başlayıb. Rusiya meyillilər meyitləri Ukrayna hakimiyyətinə təhvil vermək istədiklərini desələr də, rəsmi Kiyev görüşməni rədd edib.

Cəsədlər soyuducularda daşınır

Ukraynada 17 iyulda, raketlə vurulan Malaziya Hava Yollarına aid Boeing-777 təyyarəsindəki 298 nəfərin meyidi, 72 saat sonra yığılaraq qatarla adı açıqlanmayan bir yerə aparılıb. Cəsədlərin Donetsk morquna aparıldığı bildirilir. Meyidlərin daşındığı qatarda 5 dondurucu vaqon olduğu deyilir. Rusiya meyillilər, 198 meyitin qatara yükləndiyini vurğulasalar da daşınmazdan öncə, Avropa Təhlükəsizlik Təşkilatı nümayəndələri meyitləri sayıblar.

Terroristlərlə görüşmək olmaz

Cəsədləri Ukrayna hakimiyyətinə təhvil vermək istədikləri bildirilir. “Donetsk Respublikası” nümayəndəsi Leonid Baranovun sözlərinə görə, “Biz cəsədləri Kiyevə təhvil vermək istəyirik. Lakin Kiyevdən razılıq ala bilmirik”. Ukrayna hökuməti isə, “Biz günahsız insanları terrorla öldürən terroristlərlə heç bir görüş həyata keçirə bilmərik” açıqlaması verib.

Sübutlar var

Ukrayna prezidenti Petro Poroşenko, Fransa prezidenti Fransua Oland ilə telefon danışığından dərhal sonra açıqlama verib: “Əlimizdə heç bir şübhə yeri olmayan sübut kimi, təyyarəni vuran raketin kosmosdan çəkilən görüntüsü var. Bizdə bundan başqa da sübutlar var”.

Vüsal Qarayev







21 İyul, 2014  09:19 Baxılıb: 708 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner