Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Cəhənnəmdən qaçış - FOTOLAR

Cəhənnəmin adı Şicaiyyə - İsrail dünən səhər saatlarında, Qəzza zolağına ən şiddətli hücumlarından birini edib. Şicaiyyə ərazisi havadan və qurudan bombalanıb. Ən az 100 nəfər ölü, 400-dən çox yaralı var. Fələstin lideri Mahmud Abbas hadisə ilə əlaqədar 3 gün yas elan edib.

Meyitlər küçələrdə qalıb

Dünən bütün dünyanın gözü qarşısında fələstinlilərə yenidən divan tutulub. Dinc əhalinin başına sayılması mümkün olmayacaq qədər bomba yağıb. İsrailin Qəzzaya hücumunun 13-cü günü müsəlmanlar üçün xüsusilə nəsh gətirib. İsrail Şicaiyyəni fasiləsiz olaraq havadan və qurudan bomba yağışına tutub. Cəsədlər küçələrdə qalıb, yağan bombalar insanlara yaxınlarının meyitlərini belə götürməyə imkan verməyib.

Bomba həkim, jurnalist tanımır

Fələstinli operator Xalid Hammad iş başında, həkim Fuad Cebir isə təcili yardım maşınına edilən hücum zamanı öldürülüb. Səhiyyə Nazirliyi, çarəsiz qaldıqlarını bildirib: “Şicaiyyəyə girə bilmirik. Nə qədər adam ölüb, nə qədər yaralanıb bilmirik”.

Ölənlərin çoxu uşaqlardır

Dünən saat 13:30 – 15:30 arası İsrail Qızıl Xaçın şəhərə girə bilməsi üçün müddət verərək, atəşi dayandırıb. Lakin təkrar atəş açmağa başlayıb. Mətbuat nümayəndələri də, məcbur şəhəri tərk ediblər. Qısa atəşkəsdən istifadə edən şəhər əhalisi canını götürüb qaçıb. Dünən gecə Şicaiyyədə ölənlərin sayı, çoxu uşaq və qadın olmaqla 100-ü, yaralılar isə 400-ü keçib. İsrail ordusu isə 13 əsgərinin öldüyünü açıqlayıb. Ümumilikdə Qəzzada İsrail hücumları nəticəsində ölənlərin sayı 425-i, yaralı sayı isə 3000-i keçib. İsraildən isə, 2 mülki, 18 əsgər ölüb.

Vüsal Qarayev






























21 İyul, 2014  08:22 Baxılıb: 807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner