Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türkiyə saytları Naxçıvandan yazdı

Türkiyənin nüfuzlu “Milliyət” qəzetinin internet bloqunda, turkbirligi.net və birmilletikidevlet.az saytlarında Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyevin “Naxçıvanın muxtariyyət qazanması birgə keçmişimizdən güc alan Azərbaycan və Türkiyə qardaşlığının tarixi nailiyyətidir” adlı məqaləsi yerləşdirilib.

Məqalədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamını, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il yanvarın 17-də imzaladığı Sərəncam ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dair Tədbirlər Palanı”nı xatırladan müəllif qədim yurdun muxtariyyət qazanması zərurətinin tarixi, siyasi və coğrafi amillərini ətraflı təhlil edib.

Yazıda bu il iyulun 4-5-də Naxçıvan Muxtar Respublikasında “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda keçirilən beynəlxalq elmi konfransdan ətraflı söhbət açılıb, 1918-ci ildən başlayan proseslər faktlarla oxucuların diqqətinə çatdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun konfransdakı dərin məzmunlu çıxışına əsaslanan müəllif qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Türkiyənin düşdüyü çətin vəziyyətdən istifadə edən ermənilər Naxçıvanı işğal etməyə cəhd göstəriblər. Ancaq bütün çətinliklərə baxmayaraq, naxçıvanlılar qədim diyarın Azərbaycanın tərkibində qalması üçün həm hərbi, həm də siyasi-diplomatik vasitələrdən məharətlə istifadə ediblər. Daha sonra Vətənimiz Azərbaycanın və Türkiyənin qəti dəstəyi nəticəsində Naxçıvan “Odlar yurdu”nun tərkibində qalıb. Naxçıvanın muxtariyyət qazanması isə onun təhlükəsizliyinə və inkişafına zəmanət verib.

Bu gün blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasının sürətlə inkişaf etdiyini, çiçəkləndiyini bildirən müəllif bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin fikirlərinə də yer verib.

Məqalənin tam mətni ilə aşağıdakı linglərdən tanış ola bilərsiniz: http://blog.milliyet.com.tr/nahcivan-in-ozerklik-kazanmasi--turkiye-ve-azerbaycan-birliginin--kardesliginin-tarihi-basarisi/Blog/?BlogNo=467986, http://turkbirligi.net/raufaliyev_yazilari.asp?goster=dos&id=10, http://birmilletikidevlet.az/news/NAHCIVAN.html.






19 İyul, 2014  16:34 Baxılıb: 909 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner