Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sabunçuda qətlə yetirilən şəxsin kimliyi bilindi, qatil saxlandı

Bir həftə əvvəl Sabunçuda qətlə yetirilmiş gəncin kimliyi və qatili bəlli olub.

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun

Mətbuat xidmətlərindən Simsar.az-a daxil olan birgə məlumata görə, daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonunda törədilmiş qətlin "isti izlər"lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilib.

Belə ki, iyulun 12-də 20-25 yaşlarında şəxsiyyəti istintaqa məlum olmayan üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib.

Fakta bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla qətlə yetirilmiş şəxsin 1994-cü il təvəllüdlü, Salyan şəhər sakini Xudiyev Nurlan Xudaverdi oğlu olması müəyyən edilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü, Bakı şəhər sakini Məcidli Zamin Tofiq oğlu iyulun 19-da tutulub.

Z.Məcidli sübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edərək cinayətin aləti olan mətbəx bıçağını və N.Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib.

Onun ifadəsi yerində yoxlanılarkən həmin bıçaq və fotoşəkillər aşkar edilərək götürülüb.

İş üzrə çoxsaylı şahid ifadələri alınmış və müvafiq ekspertizalar təyin edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.






19 İyul, 2014  16:19 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner