Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Din xadimi İlham Əliyevə şeirlə müraciət etdi

"Allah-Təala bizə qismət etsin ki, yaxın zamanlarda Azərbaycanın dövlət bayrağı gözəl Qarabağımızda dalğalansın". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin iqamətgahında təşkil etdiyi iftar süfrəsində iştirak edən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev deyib.

O, prezident İlham Əliyevə şeirlə müraciət edib.

İlham qonağındır, ellər var olsun,

İlhama hər zaman Allah yar olsun,

Evində həmişə toy-bayram olsun,

Bilsinlər qızıldır, incidir, ləldir İlhamım.

Milix Yevdayev mübarək Ramazanın gəlişi İslam aləmi üçün böyük bir sevinc olduğunu, məhz bu ayda Qurani-Kərimin nazil olduğunu deyib. "Xeyir-bərəkət də bu ayın kəramətinə yazılıb. Orucluq İslam dininin, imanımızın kamillik zirvəsidir. Bütün insanlarda Adəm övladının hər bir əməli özü üçün olduğu halda, oruc Allah üçündür. Allah da əvəzini verir. Allah-Təaladan arzu edərdim ki, tutduğunuz oruclar, etdiyiniz dualar Allahın dərgahında qəbul olunub, əvəzində isə Sizə, bütün xalqımıza, Azərbaycana xoş günlər, firavan həyat və əmin-amanlıq bəxş etsin. Biz - əsrlər boyu bu torpaqda yaşamış dağ yəhudiləri bu xalq ilə doğmalaşıb, qardaşlaşmışıq. Bu qardaşlığın rəmzidir ki, bu xalq bizi həmişə, uzun əsrlər boyu bütün bəlalardan hifz edib, bizə həmişə arxa-dayaq, həyan olub. Ona görə də deyirlər:

Qardaş arxalanar ancaq qardaşa,

Bu dünya durduqca firavan yaşa.

Sən ey qollarımın qüvvəti qardaş,

Daima dizimin taqəti qardaş.

Deməli, qardaş qardaşa ancaq bunları arzu edə bilər.

Bizi də heç vaxt Azərbaycandan ayırmaq mümkün deyil. Deyirlər həyatda iki yaraşıq var - evin yaraşığı uşaqlar, məclisin yaraşığı qonaqlardır. Həmişə belə məclislərin, xoş məclislərin yaraşığı olasınız. Ona görə də Allah-Təala cəmi şəhidlərimizə də rəhmət etsin, onların ruhu şad olsun, qəbirləri nurla dolsun".






19 İyul, 2014  10:59 Baxılıb: 742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner