Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Naxçıvanda Xalq Teatrları Festivalı keçirilir

Dünən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında xalq teatrlarının muxtar respublika festivalına başlanılıb. Festivala Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrının yazıçı-dramaturq Cahangir Aslanoğlunun “Qısqanc ər” əsəri əsasında hazırladığı eyniadlı tamaşa ilə start verilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək teatrsevərləri festival münasibətilə təbrik edib. Bildirilib ki, Qobustan və Gəmiqaya qayaüstü rəsmlərinə əsaslanaraq deyə bilərik ki, Azərbaycanda teatr sənətinin, xalq teatrlarımızın tarixi çox qədim dövrlərə gedib çıxır. Xalqımızın yaratdığı xalq oyunları və komediyalar, meydan tamaşaları və bayram məzhəkələri teatr sənətimizin ilk nümunələridir. Xalqın yaradıcılıq təxəyyülünün imkanlarını göstərən, folklorumuzun zənginliyini ortaya qoyan bu tamaşalar peşəkar teatra qədər böyük bir missiyanı yerinə yetirib. Nazir belə festivalların keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra Şərur Rayon Xalq Teatrının fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Adıçəkilən teatr kollektivinin tamaşaçılara təqdim etdiyi “Qısqanc ər” tamaşasının süjeti istirahət evlərinin birində cərəyan edən məzəli və şən hadisələr üzərində qurulub. Arvadının istirahət evində tək olduğuna dözməyən qısqanc ər buraya gəlir və bütün komik hadisələr məhz bundan sonra baş verir.

Nəsimi Məmmədzadənin rejissoru olduğu ikipərdəli komediyada hadisələr Ofeliya (Nurbəniz Niftəliyeva) və qısqanc ər – Ömər Şümürov (Nemət İslam¬oğlu) arasındakı münasibətlərdən yaranır.

Aktyorlar tamaşaçılarda əsərin ruhuna uyğun gülüş yaratmağa çalışaraq buna müəyyən mənada nail olublar. Aktyorlardan Pərvanə Cabbarova (Laləzar), Əfsər Novruzov (sığorta müfəttişi), Elnur Rzayev (şair Qələmdar Eldayaq), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Elçin Arzumanlı (xəstə), Rza Quliyev (xəstə) tamaşadakı komik personajları özünəməxsus şəkildə tamaşaçıya təqdim etməyi bacarıblar.

Qeyd edək ki, iyulun 25-də Şahbuz Rayon Xalq Teatrının Zülfüqar Hacıbəyovun “Evliykən subay”, avqustun 5-də isə Babək Rayon Xalq Teatrının Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərləri əsasında hazırladıqları eyniadlı tamaşalar nümayiş etdiriləcək.

 






19 İyul, 2014  10:31 Baxılıb: 1046 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner