Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yazıçılar Birliyinin katibi vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu səhər saatlarında müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Xəstəxananın qəbul şöbəsinin müdiri Afiq Rəhimov Simsar.az-a verdiyi məlumata görə, dünən gecədən başlayaraq Arif Əmrahoğlunun vəziyyəti kəskin pisləşib.

“Gecədən başlayaraq onun vəziyyəti olduqca ağırlaşmışdı. Mədə xərçəngindən başqa, beynində insult keçirmişdi. Yaxınlarını, qohum əqrabanı çağırmışdıq. İstədik başqa klinikaya köçürək. Amma razılaşmadılar. Bu gün səhər saat 08:05-də dünyasını dəyişdi”, -deyə Afiq Rəhimov bildirib.

Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir.

Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.






19 İyul, 2014  09:53 Baxılıb: 799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner