Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Çexiya Prezidentinin Azərbaycana səfərinin vaxtı açıqlandı

Çexiya Respublikasının Prezidenti Vaslav Klausun Azərbaycana rəsmi səfəri ilkin olaraq, mayın ortalarına nəzərdə tutulub

“Çexiya Prezidentinin Azərbaycana səfərinin təşkili üzrə iş gedir. İlkin olaraq, səfər mayın ortalarına nəzərdə tutulub”, - Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə deyib.

Səfər iki dövlət başçısının 2009-cu ilin mayında Praqada birinci “Şərq tərəfdaşlığı” sammitində görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti üzrə baş tutacaq.

Bakıya səfər çərçivəsində biznes-forumun keçiriləcəyi gözlənilir. Çexiya Prezidentinin səfəri zamanı hökumət nümayəndə heyəti ilə yanaşı onu bu forumda iştirak edəcək biznes-nümayəndə heyəti də müşayiət edəcək.

Azərbaycan ilə Çexiya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Bakıda Çexiya Respublikasının səfirliyi 2009-cu ilin dekabrından fəaliyyət göstərir. Bundan iki il əvvəl Azərbaycanın Praqadakı səfirliyi işə başlayıb.

Çexiya Respublikası ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər iqtisadiyyatdan mədəni dialoqa qədər bir çox sahələrdə inkişaf edir.

İkitərəfli münasibətlərin aktivləşdirilməsində Çexiya Respublikası rəsmi şəxslərinin son üç il ərzində Azərbaycana səfərləri mühüm rol oynayır. Çexiyanın yüksəkrütbəli nümayəndələrindən 2008-ci ildə XİN rəhbəri Karl Şvarsenberq, Baş nazir Mirek Topolanek, Senat sədri Prşemısl Sobotka, maliyyə naziri Eduard Yanota və müdafiə naziri Martin Bartak 2009-cu ildə Bakıda olub.

2009-cu ildə Çexiya Respublikasına Azərbaycan Prezidenti İlham Əliyev ("Şərq tərəfdaşlığı" sammiti çərçivəsində) və maliyyə naziri Samir Şərifov, bir il əvvəl isə XİN rəhbəri Elmar Məmmədyarov səfər edib.

Azərbaycan Cənubi Qafqazda Çexiyanın ən iri ticarət tərəfdaşıdır. İldən-ilə artan mal dövriyyəsi 2010-cu il ərzində 38 milyon dollar təşkil edib. Çex mallarının idxalının payına 37,78 milyon dollar, Azərbaycan mallarının Çexiyaya ixracının payına isə 0,23 milyon dollar düşür.

Azərbaycana gətirilən əsas çex malları arasında tikinti və yük maşınları, inşaat elementləri, körpülərin inşası üçün elementlər, çap maşınları, dərmanlar, kosmetik vasitələr, yuyucu vasitələr, şüşə məmulatlar var.

Azərbaycandan ixrac olunan əsas məhsullar isə neft, pambıq və meşə fındığıdır. Çexiya Azərbaycandan idxal olunan neftin hesabına ölkənin neftə olan tələbatının 20 faizini təmin edir.






29 Mart, 2011  19:59 Baxılıb: 1246 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner