Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Leyla Əliyevanın şeiri türk mətbuatında

Azərbaycan prezidentinin qızı Leyla Əliyevanın şeiri Türkiyə mətbuatında yayımlanıb.

ANS PRESS-in məlumatına görə, yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Ulduzlar pillə-pillə düzülsəydi səmaya" adlı şeirinin tərcüməsini Türkiyə mətbuatında təqdim edib.

Bir neçə Türkiyə saytında yayımlanan həmin şeiri diqqətinizə çatdırırıq:

(Если б звезды ступеньками стали)

Ulduzlar pillə-pillə

Düzülsəydi səmaya,

Ay da nurun səpsəydi

Kəhkəşanlı yollara

Birər-birər qalxardım,

Baş vurardım göylərə,

Səni oradan alıb,

Qaytarardım geriyə...

 

Külək qadir olsaydı,

Hissləri çatdırmağa,

Açaraq ürəyimi,

Verərdim tufanlara.

Coşardım, bağırardım,

Göyə, külli - aləmə.

Sən də duyardın yəqin, –

Darıxmışam mən necə...

 

Səsin hələ canlıdır,

Ürəkdədir o vaxtdan;

Ötən günləri, əlbət,

Sən də xatırlayırsan...

Çaylar çatdırsa mənə

Dediyin o sözlərdən

Bil ki, çox qiymətlidir

Min diləkdən, istəkdən...

 

Mən bilmirəm hardasan, –

Harda arayım səni?!.

Buludlara möhtacam,

Anlatsalar yerini...

Əlim əlinə dəysin,

Sığallayım, oxşayım.

Tək bu ana həsrətəm, –

Vüsalıma yetişim...

 

Yağış niyə ağlayır? –

Göz yaşı da bir ümman...

Bu suala cavabı,

Ala bilsəm yağmurdan

Ay da gələrdi dilə,

Söyləyərdi gizlicə –

Ruhun şaddır, yoxsa ki,

Gəzir göydə, dərbədər?..

 

Yenə öncəki təki,

Qayğın mənə aşikar;

Uzaqda olsan belə,

Ruhun olur mənə yar...

Danışa bilsəydilər,

Uca dağlar, zirvələr,

Səni çox sevdiyimi

Həmən yetirərdilər.

 

Aramızda ağaclar,

Dönüb körpü olsaydı,

Ayaqyalın, başaçıq

gələrdim həmən

qaçıb;

Mən heç də hər hissimi

Sözə çevirəmmirəm,

Gülərdim, təbəssümüm

söyləyərdi:

– Sevirəm..!

 

Bir gün bir qalib gündüz,

Gecəni əsir alsa,

Günəş şəfəqləriylə,

Zülmətə işıq salsa...

Səni bağrıma basıb,

Bərk-bərk qucaqlayaram;

Nə olsa da, gözümdən

Uzağa buraxmaram...

 

Tək səndin mənə doğma

Bu fani dünyamızda;

Xatirən əbədidir

Ürəyimdə, ruhumda...

Yenə də ümidliyəm

Bitməyəcək görüşə...

Mən buna inanıram

Ümman boyda sevgimlə...

 

Ruscadan çevirəni: Mahir QABİLOĞLU






19 İyul, 2014  08:37 Baxılıb: 673 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner