Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Cəlilabadda küçədə mina tapılıb

Azərbaycanın Cəlilabad rayonunda bomba həyəcanı yaşanıb.

Hadisə şəhərin Hüseyn Cavid küçəsində qeydə alınıb. Belə ki, qazılmış kanalizasiya xətləri üçün gətirilmiş torpaq arasında üzə çıxan dairəvi dəmir parçası uşaqlardan başqa heç kimi maraqlandırmayıb. Küçədə oynayan uşaqlar üzə çıxan əşyanı traktorun ehtiyat hissəsi olduğunu zənn edərək, onu evlərinin lap yaxınlığına aparıblar. Lakin həmin küçədə yaşayan Rafət Məmmədov əşyanı diqqətlə nəzərdən keçirdikdən sonra onun heç də adicə dəmir parçası deyil, tank əlieyhinə partlamamış mina olduğu qənaətinə gəlib.

Hadisə yerinə çağırılan rayon polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal ərazini nəzarətə götürməklə sakinlər buradan uzaqlaşdırıblar. Daha sonra hadisə yerinə gəlmiş daxili qoşunların minaların zərərsizləşdirlməsi üzrə mütəxəssislərinin köməyi ilə partlamamış hərbi sursat ərazidən uzaqlaşdırlaraq zərərsizləşdirilib.

Qeyd edək ki, tapılan mina 150 metr radiusunda yerləşən yaşayış məntəqələrində güclü dağıntılar törətmək gücünə malik olub.

APA






18 İyul, 2014  21:46 Baxılıb: 725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner