Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Aygün Kazımova və Röya Ayxan fanatlarına şad xəbər - ÖZƏL

Azərbaycan şou - biznesinin iki tanınmış ulduzu xalq artisti Aygün Kazımova ilə Röya Ayxanın fanatlarının Türkiyənin TMB kanalında yayımlanacaq proqramların birində yarışacağı söhbəti ikinci mərhələyə keçdi.

Günorta saatlarında Röya Ayxan mətbuat katibi vasitəsilə ilə açıqlama göndərib fanatlarına sakit olmağa səslədi.  Və hətta TMB kanalına kliplərini yayımlamamaq xahişi ilə çıxış etdi. Çox keçmədi ki, bu məsələyə Azərbaycanın əsas prodüseri Tarix Əliyev (Tolik) də şəxsi İnstagram hesabında münasibət bildirdi.

Cəsarətli prodüser hər iki ulduzun belə bir yarışmada iştirak etmələrinə rəvac görmədiyini diqqətə çatdırdı.

Günün sonuna yaxın Aygün xanım da baş verənlərə münasibət bildirdi.

Bu barədə oxucularımızı məlumatlandıran məşhur yenə də Tolik oldu:

"Aygün xanımla telefonla danışdıq. O, söylədi ki, mənim belə bir yarışmadan xəbərim yox idi. Sevənlərimə səslənib deyirəm ki, qətiyyən təlaşa düşməsinlər.

Aygün Kazımova əsla belə ucuz reklamlara ehtiyac duymadığını söylədi. Odur ki, jurnalistlər bu məsələni şişirtməsinlər.

Şou-biznesin bütün yollarına yaxşı bələd olan prodüser kimi media mənsublarına səslənib deyirəm ki, yayda mövzu qıtlığınız başa düşüləndir, amma bu o demək deyil ki, siz yalandan müğənnilərin fanatlarını təlaşlasa salmalısınız. Bağlayın, bitsin bu söhbət".

 

Şahin Cavadsoy

Simsar.Az






18 İyul, 2014  19:45 Baxılıb: 1193 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner