Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Yerdə qalan nazirlər yalançı şeylərdir” – Hafiz Hacıyev

“Azərbaycan prezidenti və xanımı millətdən ötəri əziyyət çəkirlər”.

Bunu Simsar.az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, hesab edir ki, burdan İtaliyaya və Almaniyaya getmək elə-belə məsələ deyil: “Gedib orda nə edirlər? Azərbaycan xalqının gələcəyi naminə görüşlər keçirirlər, inandırırlar və Azərbaycanın imicini dünyaya tanıtdırmaqdan ötəri müəyyən addımlar atırlar. Bunu hər adam edə bilməz. Bundan əvvəlki prezidentlərin hansının xanımı gedib o işləri görərdi”.

MMP sədri bildirib ki, Prezidentin qızlarının, xüsusiylə Leyla xanımın müstəsna xidmətləri var. Prezidentin övladlarının zəhmətini danmaq, korluqdu: “Onlar da başqa gənclər kimi gedib oturub, öz işi ilə məşğul ola bilər. Bunların heç nəyə ehtiyacları yoxdur. Görün onlar Azərbaycan xalqını nə qədər sevirlər ki, bütün günü əziyyət çəkirlər.  Xaricdə görüşlər keçirilər, Azərbaycanı tanıdırlar. Azərbaycanın ünvanına erməni diasporası tərəfindən və daxildəki müxalifət tərəfindən xaricə ötürülən informasiyaların qarşısını almaq üçün arqumentlər qoyurlar. Bunları etmək asan məsələ deyil. Burdan təyyarəyə minəsən, günün göylərdə keçə. Ona görə də mən bu baxımdan deyirəm ki, prezidentin özü və ailəsi Azərbaycanın qarantıdır”.

O həmçinin bildirib ki, bu ailədən başqa bir iki nazir var ki, həqiqətən işləyirlər. Yerdə qalan nazirlər yalançı şeylərdir. Günlərini gözləyirlər ki, görək bizi nə vaxt tutacaqlar.  Bu səbəbdən bütün Azərbaycan xalqı prezidentimizə arxa-dayaq olmalıdır. Nə olsun, mən də müxalifətçiyəm. Amma haqq-ədalət demək ayrı şeydir.

Hüseyn İbadlı







18 İyul, 2014  15:03 Baxılıb: 850 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner