Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hafiz Hacıyev: “Dünya erməni həyasızlığını və İsraili durdurmalıdır”

“İqtidarlı-müxalifətli birləşmək lazımdır”.

Bu gün Müasir Müsavat Partiyası İdarə Heyəti növbəti toplantısını keçirib. Toplantıda öncə qərarların icrası və görülən işlərə baxılıb. Bundan sonra ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib və son günlər İsrailin fələstinlilərə qarşı törətdiyi cnayətlərə bütün demokratik qüvvələrin səsiz qalması qınanılıb. Müasir Müsavat Partiyasınıın sədri Hafiz Hacıyev baş verənlərin insanlığa sığmayan bir hadisə olduğunu deyib: “Artıq neçə gündür Fələstin bütün dünyanın gözü qarşısında qan içindədir. Qadınlar, qocalar, körpə uşaqlar ağır mərmilərin darmadağın etdiyi tikintilərin dağıntıları içində çarəsiz qalıblar. Hər şey dünyanın gözü qarşısında olur. Ümid edirəm ki, beynəlxalq təşkilatlar, sülhsevər ölkələr İsraili tez bir zamanda durdurmağın bir yolunu taparlar.”

Bundan sonra Kəlbəcərdə ermənlər tərəfindən girov götürülən və çox ağır təhqir və zorakılıqlar edilmiş həmyerlilərimizin taleyi ilə bağlı fikirlər söylənilib. Ermənlərin heç bir beynəlxalq konvensiyaya əməl etməməsini və etdiklərini ictimailəşdirməsini erməni həyasızlığı və vandalizmi adlandıran MMP-çilər ölkədə fəaliyyət göstərən və yerli-yersiz məsələlərə müdaxilə edən xarici səfirliklərin nümayəndələrinin baş verənlərə heç bir reaksiya verməmələrini qınayıblar. Ermənilərdən normal rəftar gözləməyin ağılsızlıq olduğunu deyən MMP-çilər lazım olarsa partizan dəstələri yaradıb cəbhəyə gedəcəklərini bəyan ediblər. Bundan sonra iclas iştirakşıları bir neçə gün öncə Atlantik Şurasının iclasında çıxış edən isveçli nazirin Azərbaycan hakimiyyətini qeyri səmimilikdə və və avtoritar rejim olmaqda suçlamasına etiraz ediblər. Onlar Avropanın eləcədə Qərbin demokratiya adı altında hansı çirkin siyasət yürütdüklərini və bütün dünyanı nəzarətlərinə keçirmək üçün diktator damğası vurub istədiklərinə nail olduqlarının artıq ictimaiyyətə məlum olduğunu qeyd ediblər. Bu cür təxribat xarakterli və qərəzli mövqe sergileyen ölkələrə və təşkilatlara qarşı iqtidarlı-müxalifətli birləşmək lazım olduğunu deyən MMP-çilər dövlətçilik naminə hər şeyə hazır olduqlarını deyiblər Toplantının sonunda cari məsələlər müzakirə olunub.







18 İyul, 2014  13:38 Baxılıb: 676 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner