Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda 3 xəstəyə sümük iliyi köçürüldü

“Azərbaycanda 3 talasemiyalı xəstəyə sümük iliyi transplantasiyası edilib. Oktyabr ayına qədər daha 7 xəstənin əməliyyat edilməsi planlaşdırılır”. Simsar.az xəbər verir ki, bu barədə Respublika Talasemiya Mərkəzinin direktoru Rauf Rzayev məlumat verib. Mərkəzdə keçirilən mətbuat konfransında çıxış edən R.Rzayev bu cür əməliyyatın Azərbaycanda ilk dəfə keçirildiyini və uğurlu nəticə əldə edildiyini dilə gətirib. O bildirib ki, may ayında keçirilən əməliyyat yerli mütəxəssilər və Belarus həkimlərinin iştirakı ilə baş tutub. “Sümük iliyinin köçürülməsi nisbətən yeni tibbi prosedurdur. Və əvvəllər müalicə olunmayan xəstəliklərin müalicəsində istifadə edilir. 60 günlük müşahidədən sonra deyə bilərik ki, əməliyyat edilən 3 xəstənin də vəziyyəti qənaətbəxşdir. Onlar tezliklə evə buraxılacaqlar”.

Konfransda daha sonra çıxış edən Sümük İliyi Transplantasiyasının şöbə müdiri Nərgiz Əliyeva müayinə və müalicə olunmaq üçün Mərkəzə 24 xəstənin müraciət etdiyini bildirib. O qeyd edib ki, onlardan 14-ü üçün müvafiq donor tapılmayıb. Həkimin sözlərinə görə, əməliyyat üçün əksər hallarda xəstənin birinci dərəcəli qohumları donorluq edə bilərlər. Eyni zamanda hazırda ölkəmiz Dünya Donor Bankına üzv olmadığı üçün onların əməliyyatını gerçəkləşdirmək mümkün deyil. “Ümumiyyətlə bu xəstəliyin müalicəsi 16 yaşa qədər olan uşaqlar üçün daha effektivdir. Biz müraciət edən xəstələrdən isə artıq 3-nü  əməliyyat etmişik. Ancaq 14 xəstə üçün donor tapılmayıb. Dünya Donor Bankına üzv olmaq üçün isə ölkədə ən azı 100 belə əməliyyat keçirilməlidir”.

Konfrans ərzində jurnalistlərin suallarını cavablandıran Mərkəzin direktoru R. Rzayev bu əməliyyatın tamamilə dövlət hesabına keçirildiyini bildirib.

Qeyd edək ki, ilk dəfə uğurlu sümük iliyi əməliyyatı 1968-ci ildə edilib. Əməliyyat leykoz, aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsini təmin edir. Hazırda dünyanın 16 ölkəsində keçirilən əməliyyat MDB ölkələri üzrə Rusiya, Ukrayna, Belarusiya və artıq Azərbaycanda həyata keçirilir.

 

Ülviyyə Cövdətqızı

 







18 İyul, 2014  13:00 Baxılıb: 801 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner