Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Birinci xanıma həsr olunmuş kitab təqdim olundu

Bu gün "Mehriban Əliyeva: tərəqqi və yüksəliş yolları ilə" kitabının təqdimat mərasimi keçirilib

Simsar. az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Yeni Azərbaycan Partiyası ilə birgə təşkil etdiyi mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbiri açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda hər zaman maarifçilik və xeyriyyəçilik ideyaları, milli mənəvi dəyərlər əsasında fəaliyyət göstərən, örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də var. Onlar cəmiyyətimizin inkişafına öz töhfələrini veriblər. Bu baxımdan müasir dövrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva özünün həm ictimai-siyasi, həm xeyriyyəçilik fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir.

Diqqətə çatdırılıb ki, kitabda birinci xanım Mehriban Əliyevanın Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafı sahəsində gördüyü işlər, onun ölkəmizi beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etməsi və xeyriyyəçilik fəaliyyəti ilə bağlı materiallar toplanıb.

Komitə sədri vurğulayıb ki, kitabın elmi redaktoru və ideya müəllifi Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı, elmi məsləhətçisi isə Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Kamilə Əliyevadır.

H.Hüseynova bu dəyərli ikicildliyin Azərbaycanın müasir inkişafının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib

 

Günel







18 İyul, 2014  12:09 Baxılıb: 847 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner