Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

“NeoFace” – Cinayətkarların kabusu

Böyük Britaniyanın hüquq-mühafizə orqanları cinayətkarların aşkarlanması və saxlanılması üçün üzün tanınması texnologiyasını sınaqdan keçirir. Simsar.az xəbər verir ki, bu barədə Lesterşir qraflığı polisinin saytındakı məlumatda deyilir.

“Biz Böyük Britaniyanın bu sistemi sınaqdan keçirən ilk polis idarəsi olmağımızla fəxr edirik. İlkin nəticələr ürəkaçandır və biz səbirsizliklə altı ay ərzində nəticələrin necə yekunlaşacağını gözləyirik”, - idarənin baş inspektoru Kris Kokerill deyib.

Polislər tərəfindən sınaqdan keçirilən “NeoFace” proqram təminatı müşahidə kameralarından alınan rəqəmli təsvirləri və ya idarədə şübhəli şəxslərin çəkilmiş şəkillərini Lesterşir şəhər polisinin məlumat bazasındakı fotoşəkilləri ilə müqayisə edir. Sınaqlar artıq bir neçə aydır davam edir və bu müddət ərzində iki yüzə yaxın şübhəli şəxsin sistemdə yüksək dəqiqliklə identifikasiyası təmin olunub.

“NeoFace” üzün onlara cizgisini tutuşdurur və nəticələri bir neçə saniyəyə təqdim edir. Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının istifadə etdikləri kompüterləşdirilmiş sistem əllə mümkün maneəni axtarmağa imkan verir ki, buna da adətən bir neçə saat lazım olur.

Qeyd olunur ki, “NeoFace” vasitəsilə əldə olunan nəticələrin məhkəmədə sübut kimi istifadə olunmamasına baxmayaraq sistem polislərin işinin effektivliyini xeyli artıracaq, - "SecurityLab” yazır.

Vüsal Qarayev







18 İyul, 2014  11:18 Baxılıb: 653 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner