Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Britaniya səfiri: “Kürd dövləti yaratmaq zamanı deyil”

“İŞİD real bir təhlükədir. Regional Kürd idarəçiliyinin özünü qoruması təbii haqqıdır. Lakin biz məcburi müstəqillik qazanmaq zamanı olmadığını deyirik”.

İraq siyasətimiz Türkiyə ilə eynidir

İŞİD təhlükəsinə qarşı İraqın bölünəcəyinə dair ssenarilər müzakirə edilərkən, İngiltərənin Ankara Böyük Elçisi Richard Moore-dan sürpriz açıqlama gəlib. Moore, SABAH qəzetinə verdiyi açıqlamada “İraq siyasətimiz Türkiyə ilə eynidir. Ehtiyyacımız olan şey İraqın ərazi bütovlüyüdür” – deyib.

Sünniləri inandırmalıyıq ki, İŞİD-i dstəkləməsinlər

Səfir: “Bölgədə İŞİD real təhlükədir. Bu təhlükəyə qarşı regional Kürd Rəhbərliyinin özünü qoruması təbii haqqıdır. Lakin biz bunun məcburi müstəqillik qazanmaq zamanı olmadığını deyirik. Bağdatda bərabər şəkildə, kürdlərə, sünnilərə, şiələrə yer verəcək bir hökumət qurulmalıdır. İraqda üstünlük təşkil edən sünniləri, onların mənafeyini qoruyacaq dövlətin qurulacağına inandırmalıyıq ki, İŞİD-i dəstəkləməyə cəhd etməsinlər”.

Hərbi müdaxilə olmayacaq

Səfir: “Britaniya əsgərinin, İraq və ya Suriyaya müdaxiləsindən söhbət belə gedə bilməz. Parlamentimiz bu məsələdə çox konkretdir. Amma İŞİD hamımızı maraqlandıran bir problemdir”.

İŞİD islamı təmsil etmir

Səfir: “İŞİD-in islamafobiya yaradacağına inanmıram. Birləşmiş Krallıqda çoxlu müsəlman əhali yaşayır. İŞİD kimi qrupların İslamı təmsil etmədiyini çox gözəl bilirik”.

 

Vüsal Qarayev







18 İyul, 2014  10:38 Baxılıb: 651 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner