Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Əfsanəvi lider Nelson Mandelanın doğum günüdür

Bu gün əfsanəvi lider Nelson Mandelanın doğulduğu gündür.

Nelson Mandela 1918- ci ildə Cənubi Afrikanın Şərqi Cape əyalətində yerləşən kiçik bir kənddə doğulub. Babası Thembu tayfasının kralı, atası isə qəbilə lideri idid. Tayfada Mandelanı “Madiba” deyə çağırardılar. Roluhlahla Dalibhunga adı ilə doğulsa da müəllimi ona ingiliscə “Nelson” adını verir. Anası Xristiyan Metodist məzhəbinə bağlı olduğu üçün Metodist gecə məktəblərində oxuyur. Məktəbi bitirən Nelson Cənubi Afrikada qaradərililərin təhsil ala biləcəyi yeganə universitetdə hüquq təhsili alır. Yerli xalqın ağlara qarşı haqq mübarizəsini müdafiə edən Afrika Milli Kongresinə ilk dəfə 25 yaşı olanda qatıldı. Daha sonra ANC Gənclik Qolunu qurdu və sədrlik etdi. İlk həyat yoldaşı Evelyn Mase ilə 1944-cü ildə evlənir və 3 uşaq sahibi olur. Lakin bu evliliyin ömrü uzun olmur. Onlar 1957- ci ildə boşanırlar.

İlk evliliyi uğursuz alınan Nelson 1958- ci ildə Vinnie Madikizela ilə evlənir. Lakin ANC –nin 1960- cı ildə qanundan kənar edildiyi üçün Nelson, digər partiya üzvləri ilə birlikdə gizlənmək məcburiyyətində qalır. Təhsilini başa vuran Nelson 1952- ci ildə Cohannesburqda şəriki Oliver Tambo ilə birlikdə ilk vəkil ofisini açır. 1950- ci illərdə irqi ayrı-seçkilik öz təsirini göstərməyə başlamışdı. Elə bu dövrdə də Nelson Mandela Afrika Milli Konqresdə əhəmiyyətli rollardan birinə sahiblənir. Təşkilatlanmağı müdafi edən Nelson dəfələrlə həbs olunur və siyasi fəaliyyətlərinə qadağalar qoyulur.

Ağdərililərlə qaradərilərin birlikdə yaşadıqları Cənubi Afrika xəyalını quran Nelson Cənubi Afrikalı komunist ağdərililərlə yaxınlaşır. Nelson və Tambo birlikdə qaradərililəri təsir altında saxlayan ağdərililərin qurduğu Milli Partiyanın həyata keçirməyə başladığı irqi ayrı-seçkilik sisteminə qarşı kampaniya yeridirlər.

1960- cı ildə 69 qaradərilinin polis tərəfindən öldürülməsi Şarpeville qətliamı bir dönüş nöqtəsi olur. Bir müddət sonra höküməti devirməkdə günahlandırılan Nelson həbs olunur və haqqında ömürülk həbs cəzası hökmü oxunur. Məşhur Rivonia məhkəməsi zamanı özünü müdafiə edərkən demokratiya, azadlıq və bərabərlik mövzusundakı fikirlərini bu sözlərlə ifadə edir: “Mən bütün insanların bərabər fürsətlərə sahib şəkildə birlikdə yaşadığı demokratik, azad bir cəmiyyət idealını mənimsədim. Bu uğrunda yaşamaq və ona çatmaq istədiyim idealdır. Amma lazım gələndə bunun uğrunda ölərəm də”.  Nelson 1964- cü ildə ömürlük həbs cəzasına məhkum olunur. “Əgər onları bağışlamasaq, inciklik və intiqam hissləri hər zaman var olacaq. Biz isə keçmişi unudaq, indiyə və gələcəyə baxaq. Amma keçmişdəki acımasızlıqların yenidən yaşanmasına əsla icazə verməyək deyirik”.

Dünyanın ən çox sayılıb, hörmət edilən dövlət adamlarından biri olan Mandela Cənubi Afrikada irqçi rejimi yıxaraq  bütün irqlərin bərabər şəkildə təmsil edildiyi demokratiya gətirmək üçün aparılan mübarizəyə liderlik etdi. 27 il həbsdə yatandan sonra Cənubi Afrikanın seçimi ilə iqtidara gələn ilk qaradərili prezident oldu. 1993- cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. Mandelanın diqqətçəkən şəxsiyyət, təvazökarlıqdan irəli gələn mizah gücü və məruz qaldığı zorakılığqlara rəğmən kini və incikliyinin olmaması onun nə üçün dünyanın heyranlıq duyduğu bir lider olduğuna aydınlıq gətirir. 1999- cu ildə prezident vəzifəsindən geri çəkilən Mandela o tarixdən sonra Cənubi Afrikanın elçisi kimi siyasi fəaliyyətinə davam etdi. HİV/Aids-ə qarşı kampaniyalarda iştirak etdi, həmçinin 2010 Dünya Futbol Çempionatına ev sahibliyi haqqını qazanması üçün də xüsusi çaba sərf etdi. 2001- ci ildə prostat vəzinin xərçəngi diaqnozu qoyulsan da fəliyyətinə ara vermədi. Konqo Demokratik Respublikasında, Burunidə və digər Afrika ölkələrində sülh müzakirələrində iştirak etdi. Mandela 2004- cü ildə 38 yaşında ailəsinə və dostlarına daha artıq vaxt ayırmaq üçün siyasi fəaliyyətdən geri çəkildiyini açıqladı: “ Həbsxanada zamanla üz-üzə gəlir insan. Həyatda bundan daha qorxunc bir şey yoxdur”. Nelson Mandela 2010- cu ilin noyabrında ABŞ və Cənubi Afrika Milli futbol komandalarının üzvləriylə birlikdə qatıldığı toplantının fotoları bütün mətbuatda dərc olundu.

89-cu yaş günündə dünyanın ən çətin məsələlərinin həllində məsləhətçi kimi iştirak edəcək “Ağıllı adamlar” qrupunu yaradır. Nelsonun ən diqqət çəkən kampaniyası isə oğlu Makqathonun 1995- ci ildə ölümündən sonra oldu. Nelson AIDS mövzusundakı tabuların hələ də hakim olduğu ölkədə oğlunun AIDS-dən öldüyünü açıqladı və Cənubi Afrikalıları AIDS-in normal bir xəstəlik olduğunu qəbul etməyə, bu xəstəliyi danışa bilməyə çağırdı. O ən son 2010- cu ildə Dünya Çümpionatının bağlanış mərasminidə xalqı ilə görüşdü. 2011- ci ildə ciddi sinə infeksiyası keçirən Nelson uzun müddət xəstəxanada, həkim nəzarəti altında həyatına davam edir. 2012- ci ildə isə kor bağırsağından əməliyyat olur. Nelson ömrünün qalan günlərinin doğulduğu yerin yaxınlığında yerləşən Qunu kəndində keçirir.

Ömrünün bütün hissəsini xalqına, barışa, insanlığa həsr edən Nelson Mnadelanın  2013- cü ilin dekabrın 6-da verilən ölüm xəbəri təkcə Cənubi Afrikanı deyil, bütün dünyanı göz yaşına boğdu. Üzərindən bir il keçməsinə baxmayaraq hələ də bütün dünya Nelsonun ölümünə təssüflənir və onun şəxsiyyətinə, liderliyinə heyranlıq duyanlar bu təssüf hissini nəsildən-nəsilə ötürüəcəklər.

 

Günel







18 İyul, 2014  10:07 Baxılıb: 964 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner