Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“4 ölü azdır, Qəzzada daha çox uşaq var” – UTANC

İsrailin Fələstində törətdikləri insanlıq adına böyük cinayət adlandırılsa da birinci tərəf öz etdiklərinin kifayətsiz olmasından narahatdır. Yaşananlar sosial şəbəkələrdə və dünyada az qisim yəhudi tərəfindən qınaq obyektinə çevrilir. Onların çoxu isə nifrət dolu fikirlər paylaşıblar

Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, paylaşımlar fələstinlilərə edilənlərin az olduğunu daha çox insanın öldürülməli olduğu istiqamətindədir. “Nə yaxşı, imkan verin yansınlar, ya da boğulsunlar”, “Sadəcə 4 uşaq? Daha çox öldürməli idik. Güman edirəm gələn dəfə daha çox olar”, “Tək-tək ölsünlər, iylənmiş ərəblər”, “Tzahala İsrail Müdafiə Qüvvələrinə hörmətlə, yəhudi qızı olduğum üçün qürur duyuram. Niyə bu qədər uşaq ölüb, Qəzzada daha çox uşaq var”, “Nə yaxşı, bu gecə qoyun kəsəcəyik. Budur, şənlik keçirmək üçün artıq səbəbimiz də var” kimi irqçi fikirlər paylaşılıb. Onlar hər ərəb körpəsinin gələcəkdə terrorçu olacağı fikrini əks etdirən paylaşımlar edirlər.

Qeyd edək ki, İsrail hərbi qüvvələri dünən çimərlikdə oynayan 4 uşağı raket, bu gün isə göyərçinləri yemləyən 3 körpəni bombanın hədəfinə çeviriblər. Hər iki hadisədə uşaqlar yalançı atəşkəsə aldanaraq oynamaq istəyiblər. Və atılan zərbələr onların oyunlarını yarımçıq qoyub.

“Ədalət naminə anaları öldürün!”

Yüzlərlə insanın öldürülməsinin hələ də kifayət etmədiyini deyən İsrail millət vəkili Ayelet Şeykd anaların öldürülməsini tələb edib. Radikal millətçi Şeykd İsrailin Fələstində başlatdığı əməliyyatları dəstəkləyərək, “Hamısı bizim düşmənimizdir. Onların qanı bizim əlimizdə olmalıdır. Bu öldürülən terrorçuların analarına da aiddir. Analar oğullarının arxasınca gedərsə ədalətli olar. Evləri dağıdılmalı və özləri öldürülməlidirlər ki, bir də terrorçu böyüdə bilməsinlər”.

Onun bu çıxışı İsrail Milli Məclisində bir çoxlarının qınağına səbəb olmuşdu.

Ülviyyə Cövdətqızı







18 İyul, 2014  09:50 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner