Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Təyyarəni vuranlar məlum oldu

295 sərnişinin öldüyü Malaziya sərnişin təyyarəsinin vurulması ilə bağlı faktlar ortaya çıxıb. Məlumat üçün deyək ki, təyyarədə 145 Hollandiya, 27 Avstraliya, 11 İndeneziya, 6 İngiltərə, 4 Belçika, 3 Filippin, 1 nəfər də Kanada vətəndaşı olub.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU), Rusiya meyillilərin Malaziya təyyarəsini vurduqdan sonrakı telefon danışıqlarını yayımlayıb. Xidmətin rəsmi hesabatında verilən səs yazısında, Rusiya Federasiyası vətəndaşı İ. Bezler, liderlik etdiyi qrupun, “Zenit-Raket” sistemi ilə, Malaziya Hava Yollarına aid təyarəni vurduqlarını polkovnik Vasiliy Geraninə raport edir. Bezler An-26 hesab etdikləri təyyarəni vurduqlarını, amma hadisə yerinə getmədiklərindən, başqa məlumatlarının olmadığını bildirir. Qarşı tərəf isə, sadəcə pilotların durumunu soruşur.

Bir başqa səs yazısında isə, Rusiya meyillilərin öz aralarında danışıqları yer alır. Grek kod adlı şəxs, Mayor kod adlı şəxsə sərnişin təyarəsini vurduqlarını deyir. Mayor, təyyarədə silah olub olmadığını soruşur. Grek isə mülki geyimlər olduğunu və Thomson Universitetindən İndoneziyalı bir tələbnin passportunu tapdıqlarını deyir. Grek Mayoru vurduqlarının hərbi yox, məhz sərnişin təyyarəsi olmasına inandırmağa çalışır.

Vüsal Qarayev







18 İyul, 2014  09:41 Baxılıb: 751 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner