Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan Montrö Caz Festivalında tarix yazdı

Xəbər verdiyimiz kimi İsveçrədə keçirilən 48-ci Montrö Caz Festivalında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təşkilatçılığı və dəstəyi ilə bu möhtəşəm musiqi bayramının bütün rəsmi proqramlarına daxil edilən Azərbaycan incəsənət ustalarının konsertləri keçirilir.

Simsar. az xəbər Festivalda ilk çıxış Əməkdar Artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq ritm” qrupunun ustad dərsi ilə başlanıb. Azərbaycan nağarasında öz ritmlərimizlə yanaşı, müxtəlif xalqlara məxsus ritmləri də ifa edən N. Şirinov tamaşaçıları yaxşı mənada təəccübləndirib.

Montrö Caz Festivalının 48 illik tarixində ilk dəfə çıxış edən, dünya fank musiqisinin canlı əfsanəsi, ən yaxşı alt saksofon ifaçılarından sayılan Meseo Parkerin gəlişi əsl bayram əhval-ruhiyyəsi yaradıb. Uzun illər ərzində festivalın bütün dəvətlərini cavabsız qoyan ulduz məhz Azərbaycanın və ARDNŞ-in dəvətini məmnuniyyətlə qəbul edib. Dünya şöhrətli musiqiçi ölkəmizin ən tanınmış və uzunömürlü qruplarından olan, Əməkdar Artist Rəşad Haşımovun rəhbərlik etdiyi “Rast” ilə bir səhnəni bölüşüb.

Buna görə festivalın təşkilatçıları səhnədə ARDNŞ və Azərbaycana ayrıca təşəkkürlərini bildiriblər. Ceyms Braundan tutmuş Corc Klintona qədər dünyanın demək olar ki, bütün fank əfsanələri ilə işləyən Meseo “Rast” ilə birlikdə Cahangir Cahangirovun “Bana-bana gəl”, Rey Çarlzın “Hit the road jack” və braziliyalı gitaraçı Jorji Ben Joromun məşhur “Mas que nada” mahnılarını ifa ediblər. Təşkilatçıların bildirdiyinə görə, festivalın tarixində açıq havada rekord sayda tamaşaçı yığan konsert məhz Meseo Parker və “Rast” qrupunun konserti olub.

Yalnız əcnəbi ulduzların konsertlərində gördüyümüz bu görüntülər bizləri sevindirməyə bilməz. Həqiqətən də bu məqamda qürur hissi keçirməmək mümkün deyil. Konsertin sonunda isə xalq mahnımız “Sarı gəlin” səsləndirilib.

Günel

 






18 İyul, 2014  08:46 Baxılıb: 798 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner