Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qərb İŞİD-ə yardım edir – HANSI YOLLARLA?

İndependent qəzetinin yazdığı xəbər yəqin ki, hələ dünyada çox danışılacaq. Qəzet iddia edir ki, İngiltərə və digər qərb ölkələrindən Suriyaya göndərilən yardımlar İŞİD kontrolundakı bölgələrə gedir.

Qərb İŞİDİ necə maliyyələşdirir ?

Bildirilir ki, qərbdən gələn yardımların əsas hissəsi Türkiyədə Reyhanlı və Kilis yaxınlığındakı sərhəd qapılarından, Suriyada İŞİD-in əlində olan bölgələrə gedir.

İŞİD xalqa özünü sevdirir

Qəzetdə yazılır ki, İŞİD payladığı qida və benzin yardımları ilə, işğal etdiyi ərazilərdə xalqı özlərinə çəkməyi bacarır.

Yazıda o da iddia edilir ki, İŞİD-in əlindəki bölgələrə gedən yardım quruluşları arasında Birləşmiş Millətlər Dünya Qida yardım Proqramı da var.

“Ehtiyacı olan hər kəsə yardım edirik”

Qəzetə danışan qərbli bir yardım təşkilatının işçisi, İŞİD-in əlində tutduğu ərazilərə birbaşa yardım etdiklərini bildirib: “Yardım tırlarımız Türkiyədə Kilis yaxınlığında sərhəddən Suriyaya keçir. Bəzən atışmalar, bəzən də İŞİD bölgələrinə yardım etməmizdən xoşu gəlməyən qruplaşmalar üzündən tırlarımız 2-3 həftə yolda qalır”.

İngilis hökumətindən Suriyadakı yardım fəaliyyətləri üçün, 27.3 milyon sterlinq alan yardım qurumu Mercy Corps İnternational-ın idarçilərindən biri qəzetə bunları deyib: “İrqinə, etnik kökünə, dininə və siyasi bağlantısına baxmadan, müharibənin olduğu hər yerdə ehtiyacı olan hərkəsə yardım çatdırırıq”.

İngiltərə Beynəlxalq İnkişaf Dairəsi-nin bir təmilçisi isə, İŞİD-ə bir başa yardım edilmədiyini bildirib: “Tərəfsizlik də daxil olmaqla, beynəlxalq insani yardım prinsiplərinə sadiq qalaraq, ehtiyacı olan bütün insanlara həyatlarını xilas edən yardımlar göndəririk”.

Vüsal Qrayev







17 İyul, 2014  18:16 Baxılıb: 808 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner