Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezidentdən Avropa Komissiyasının yeni sədrinə TƏBRİK

Prezident İlham Əliyev Avropa Komissiyasının yeni seçilmiş Sədri Jan-Klod Yunkerə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Yunker,

Avropa Komissiyasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Avropa İttifaqı ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Bu mənada Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi, əldə edilmiş nailiyyətlər məmnunluq doğurur.

Bu gün siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük potensiala malik əlaqələrimiz uğurla inkişaf etməkdədir. Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biri sayılan enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin etibarlı tərəfdaş olduğunu sübut etmişdir.

İnanıram ki, sağlam təməl, etimad və dəstək üzərində qurduğumuz tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Hörmətli cənab Yunker, Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə Sizə və Komissiyanın gələcək heyətinə uğurlar diləyirəm".






17 İyul, 2014  17:44 Baxılıb: 616 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner