Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Hacı İbrahimin pulunu oğurlayanlar azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində “Avesta” Konserninin xəzinədarını hədələyərək külli miqdarda pul aparan Fizuli Nəbiyev və Əlizamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən F. Nəbiyev və Ə. Əliyev hər biri ayrı-ayrılıqda 7 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduqları 7 ay 10 gün müddət cəzalarına bərabər tutulmaqla hər iki şəxs cəzalarını çəkmiş hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il dekabrın 6-da Bakının Nərimanov rayonu ərazisində, Məmməd Araz küçəsində yerləşən "Avesta" Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobillə qaçıblar.

Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar. Onlar Cinayət Məcəlləsinin 181.3.2 (quldurluq-külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham olunub.

Həmin şirkət Hacı İbrahim Nehrəmliyə məxsusdur.






17 İyul, 2014  17:43 Baxılıb: 717 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner