Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

128 min 25 ailəyə sosial yardım təyin olunub

Cari ildə 559834 ailə üzvü olan 128 min 25 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunub. Simsar.az xəbər verir ki, bunu Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib.

Ç.Əliyev deyib ki, cari ilin 01 iyul tarixinə respublikamızda 559834 ailə üzvü olan 128025 ailəyə (o cümlədən Naxçıvan MR üzrə 12076 nəfər ailə üzvü olan 3014 ailəyə) ünvanlı dövlət sosial yardımı təyin olunub: “Həmin ailələrdən 76,5 faizi (97947 ailə) təkrar, 23,5 faizi isə (30078 ailə) ilk dəfə ünvanlı sosial yardım alanlardır. Hesabat dövründə ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133,06 manat, bir ailə üzvünə düşən orta aylıq məbləği isə 30,43 manat təşkil edib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk yarımilində ünvanlı yardım təyin olunmuş ailələrin sayı 521 ailə (2300 nəfər ailə üzvü) və ya 0,4 faiz azalıb”.

Çingiz Əliyev bildirib ki, ünvanlı sosial yardım təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması məqsədilə bu yardımları alanların adlı siyahısı Nazirliyin internet səhifəsində (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib və qanunsuz şəkildə yardım təyin olunmuş ailələr barədə ƏƏSMN-ə məlumatlar verilməsi üçün KİV vasitəsilə əhaliyə müraciətlər olunub. O bildirib ki, bu tədbir şəffaflığın təmin edilməsi işlərində vətəndaşların da iştirakına zəmin yaradıb: “Beləliklə, vətəndaşlardan daxil olmuş məlumatların araşdırılması zamanı 12 rayonda (Ağdam, Goranboy, İmişli, Saatlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Sumqayıt, Oğuz, Xəzər, Daşkəsən) aztəminatlı və ünvanlı sosial yardım almaq hüquqları olmayan ümumilikdə 647 ailəyə yardım təyin edildiyi, bu işlər üzrə 710310,0 manat vəsait xərcləndiyi aydın olub. Həmin ailələrə ünvanlı sosial yardımın ödənişi dayandırılaraq, qanunsuz ödənilmiş vəsaitin 344571,0 manatı və ya 48,5 faizi büdcəyə bərpa etdirilib. Beş rayon (Ağdam, Goranboy, İmişli, Saatlı, Daşkəsən) ƏSMM-in müvafiq vəzifəli şəxsləri ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, həmin mərkəzlər üzrə müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.

Xidmət rəisi həmçinin araşdırmalar zamanı, 19 vətəndaşın müraciətinin böhtan xarakterli olduğunun müəyyən edildiyini və bu səbəbdən onlar barəsində aidiyyatı ƏSMM-lərin əməkdaşları tərəfindən şərəf və ləyaqətin qorunması üçün məhkəməyə müraciət olunduğunu qeyd edib.

Vüsal Qarayev







17 İyul, 2014  17:35 Baxılıb: 773 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner