Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

6 ayda 118 əlil mənzillə təmin edilib

“Azərbaycanda 6 ayda 118 əlil mənzillə təmin edilib”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev deyib.

Ç.Əliyev bildirib ki, ötən ilin ilk yarımilində əlil və şəhid ailələrinin mənzillə təminatı həyata keçirilmədiyi halda, cari ilin 6 ayında ümumilikdə 118 müharibə əlili və şəhid ailəsi (o cümlədən Göygöl rayonunda 5 nəfər, Xaçmaz şəhərində 2 nəfər, Ağdam rayonunda 54 nəfər, Bərdə rayonunda 36 nəfər, Qax rayonunda 21 nəfər) ƏƏSMN-nin sifarişi ilə inşa edilmiş yaşayış binalarında mənzillə təmin edilib: “Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamında 2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslərin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub”.

Xidmət rəisi həmçinin vurğulayıb i, 2014-cü ilin ilk yarımili Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatının sürətləndirilməsi ilə də əlamətdar olub: ”Belə ki, bu müddətdə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarının icrası olaraq, 677 nəfər Qarabağ müharibəsi əlili, 323 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxs, ümumilikdə 1000 nəfər minik avtomobili ilə təmin olunub. Ötən ilin müvafiq dövründə bu göstərici cəmi 20 nəfər təşkil edib”.

Vüsal Qarayev







17 İyul, 2014  17:22 Baxılıb: 644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner