Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Gözəllik üçün barmaqlarını kəsdirirlər

İncə dikdaban ayaqqabılardan ayaq barmaqları çıxan qadınlar çarəni ayaq barmaqlarını kəsdirməkdə tapıb.

Qadınların estetik dəliliyinə yenisi əlavə olunub. Simsar.az “Daily Mail” qəzetinə istinadən məlumat verir ki, ən təhlükəli estetik əməliyyatın adı açıqlanıb. Sözügedən əməliyyat Sindrella əməliyyatı adlandırılır. Əməliyyatda baş barmağın xaricindəki 4 barmaq oynaq yerlərindən çıxarılıb istənilən uzunluqda kəsilir.

İngiltərədə 4 min 500 Sterlinqə edilən bu əməliyyat sonrası xəstəni uzun və ağrılı dövr gözləyir. Əməliyyatı etdirən Pauline Charlikowska bildirib ki, ağrılar olsa belə əməliyyata görə peşmanlıq hissi keçirmir. "Əməliyyat çətin keçsə də ağrılarıma dəydi. Ayaqlarımı heç bəyənmirdim. İndi istədiyim ayaqqabını geyinə bilirəm, özümə inamım artıb".

İlk dəfə ABŞ-da keçirilən əməliyyat barədə ayrı-ayrı plastik cərrahlar müxtəlif fikirlərdədir. Mütəxəssislər, bu cür bir tətbiqin yerimə funksiyalarını poza biləcəyi xəbərdarlığını edir. Digər cərrah qrupu isə ayaq estetikasına ehtiyac olduğu fikrini müdafiə etməkdə davam edir.

 

Sara Rüstəmova







17 İyul, 2014  15:47 Baxılıb: 721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner