Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ərdoğan hökuməti Azərbaycanı yarı yolda buraxacaq – ANALİTİKA

Türk məktəbləri üzərindən qumar oynayaraq Azərbaycanı da aldadan Ərdoğanın əsl məqsədi Obama ilə aranı düzəltməkdir.

Türk siyasi mənbələrindən sızan məlumata görə, baş nazir Ərdoğanın gələn il etməyə hazırlaşdığı “ermeni açılımı”nın arxasından Türk məktəblərinin bağlanması üçün edilən bazarlıq çıxdı.

Hökumət mənbələrinə görə, Ərdoğan bu mövzuda ilk addımı ötən aylarda başsağlığı ilə atarkən, sentyabr ayında sərhəd qapısının açılması istiqamətində təlimat verib.

“Taraf” qəzeti “Nazmizədliyini açıqlayan baş nazir Ərdoğan, Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin normallaşdırılması məqsədi ilə ikinci addımı atmağa hazırlanır" başlıqlı yazı ilə gündəmi qarışdırmışdı.

“Taraf” xəbərin davamında bu ifadələrə yer vermişdi;

"Həm ermənilərin, həm də azərbaycanlıların üzərində haqq iddia etdiyi Qarabağ bölgəsindəki problemlər səbəbindən 1993-ci ildə bağlanılan Alican Sərhəd Qapısının açılması üçün hazırlıqların tamamlanması təlimatı verildi. Qapının, sentyabr ayı etibarilə açılması planlaşdırılır. Alican Sərhəd Qapısının açılmasıyla ABŞ və Ermənistanla əlaqələrin də normallaşması məqsəd olaraq qalır".

CHP və MHP-dən sərt reaksiya

Hökumətin atmağı planlanlaşdırdığı addıma müxalifət millət vəkilləri sərt reaksiya göstərdi. Qarabağ işğalı bitmədən sərhəd qapısının açılmasının "Türkiyənin bölgə siyasətini yerlə bir edib qırmızı xətlərindən imtina etməsi" mənasını verdiyini ifadə edən MHP qrup başkan vəkili Oktay Vural sərt reaksiya göstərmişdi.

CHP Qrupu isə, ABŞ-a şirin görünmək üçün atılan addımın erməni Açılımı kamuflajına daxil edildiyini iddia etmişdi.

“AKP Türk məktəbləri üzərindən qumar oynadı”

Son anda göründü  ki, hadisənin pərdə arxasında Azərbaycandakı türk məktəblərinin bağlanılması üçün hökumətin etdiyi sıx təzyiq və bazarlıq əsas mövzudur.

Hökumət ilk addımda Azərbaycan tərəfinə “Türk məktəblərinin bağlanılması istiqamətində” təzyiq göstərdi. Azərbaycan tərəfiylə davamlı olaraq keçirilən görüşlərin müzakirə mövzusu türk məktəblərinin bağlanması oldu.

Azərbaycandakı türk məktəbləri bağlanılmazsa Alican Sərhəd Qapısının açıla biləcəyi ve Azərbaycanın Türkiyədəki sərmayələrinin də AKP hökuməti tərəfindən təzyiq ünsürü olaraq istifadə ediləcəyi ifadə edildi.

Azərbaycandakı türk məktəblərinin bağlanılması istiqamətində qərar verilərkən, AKP-nin həmlələrinin arxasından isə ABŞ ilə olan əlaqələr çıxdı.

“Hədəfdə Obamanın könlünü qazanmaq var”

“Taraf”ın hökumət qaynaqlarına söykənərək verdiyi məlumatlara görə, dövrün ABŞ heyətində yer alan Hillari Klintonun Ankara səfəri zamanı gündəmə gələn Alican Sərhəd Qapısnın açılması və bir sıra addımlar, ABŞ ilə kəsilən əlaqələrin düzəldilməsi üçün vasitəyə çevrildi.

Obamanın aylardır Ərdoğanın telefonuna cavab verməməsi və prezident olması halında təbrik zəngini cavablandırmaması ehtimalına qarşı AKP rəhbərliyi əlində Ermənistan kartını tutur.

“Azərbaycanlılar isə yarı yolda buraxılacaq”

Son anda AKP hökuməti ABŞ ilə əlaqələri düzəldə bilsə, Azərbaycana türk məktəblərininn bağlaması qarşılığında verdiyi sözdən imtina edəcək.  Ermənistan ilə əlaqələr normallaşdırılacaq, azərbaycanlılar isə yarı yolda buraxılacaq.

Hüseyn İbadlı

Siyasət Şöbəsi






17 İyul, 2014  14:25 Baxılıb: 931 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner