Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda unikal cərrahi əməliyyat

M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ürək Cərrahlığı şöbəsində ilk dəfə olaraq, mürəkkəb və unikal cərrahi əməliyyatlardan biri hesab olunan Bental əməliyyatı icra edilib.

Mərkəzdən Simsar.az-a verilən məlumata görə, əməliyyatı tibb üzrə fəlsəfə doktoru İlqar Heybətov icra edib.Xaçmaz rayon sakini 53 yaşlı Zərifə Dadaşova səhhətindəki problemlə əlaqədar Bakıdakı özəl xəstəxanaların birində müayinə olunub. Müayinə zamanı aorta kökünün, qalxan aortanın anevrizması və ciddi aortal requrgitasiya aşkar edilib. 12 000-15 000 manata başa gələcək əməliyyatın xərclərini ödəyə bilməyəcəyi üçün Səhiyyə Nazirliyinə müraciət edib. Nazirlik onu müayinə və müalicə üçün M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərilib. Və əməliyyat  sözügedən xəstəxanada gerçəkləşdirilib.

Qeyd edək ki, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdindəki Ürək cərrahlığı şöbəsi 1979-cu ildən fəaliyyət göstərir və hal-hazırda Səhiyyə Nazirliyi tabeliyində olan, ödənişsiz ürək əməliyyatlarının icra edildiyi yeganə şöbədir.

Ülviyyə






17 İyul, 2014  13:45 Baxılıb: 862 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner